Karamazov, yoxsa Karakozov (Qaragözov)? - Dostoyevski türklərə nifrət etsə də...
22-04-2025 [10:50]
Firuz Mustafa,
Respublikanın Əməkdar incəsənət xadimi
“Humay” mukafatı laureatı
C.Cabbarlı mükafatı laureatı,
Qafqaz Yazıçıları Klubunun üzvü
AYB-nin Dramaturgiya bölümünün rəhbəri
***
Dostoyevski tədqiqatçıların bir qismi yazıçının məşhur “Karamazov qardaşları” romanından bəhs edərkən əsərin qəhrəmanının (və yaxud əksər qəhrəmanlarının) soyadının “mənşəyini” dəqiqləşdirməyə çalışmışlar.
Onların böyük əksəriyyəti əsərin qəhrəmanlarından birinin - Dmitri Karamazovun prototipini də müəyyən etməyə cəhd göstərmişlər. Araşdırıcılarının çoxunun yekdil rəyinə görə Karamazov əslində Karakozovun (Qaragözovun) bədiiləşmiş obrazıdır.
Bəs kimdir Karakozov?
Dmitri Vladimiroviç Karakozov – (1840-1866) Rusiya tarixinin tanınmış simalarından biridir. Adətən, tarixi əsərlərdə onu terrorçu kimi təqdim edirlər. Bunun üçün ortada tutarlı faktlar da var. Belə ki, əvvəlcə Kazan Universitetinin hüquq fakültəsində, sonra Mostva Universitetində təhsil alan və təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən qovulan Karakozov tezliklə inqilabi təşkilata qoşulur. O, belə hesab edirdi ki, çarın terror yolu ilə aradan götürülməsi inqilabın alovlanmasına güclü təkan ola bilər. Elə bu “ali” məqsədlə-çarı öldürmək üçün, o, yaşadığı əyalətdən- Serdobsk qəzasından Peterburqa gedir. 1866-cı il aprel ayının 4-də o, Yay bağının darvazası ağzında imperator 2-ci Aleksandra tapançadan atəş açır. Güllə hədəfə dəymir. Onu həbs edirlər. Haqqında həmin il sentyabr ayının 3-də asılmaqla edam hökmü çıxarılır və hökm icra edilir.
Karakozov (Qaragözov) tatar əsilli inqilabşı idi. Yeri gəlmişkən, Dostoyevski türklərə nifrət etsə də, özü də mənşəcə tatar idi. Onun ulu bası Aslan Çələbi Mirzə 1389-cu ildə Qızıl Ordanı tərk edərək xristanlığı qəbul etmişdi. Moskva knyazı Dmitri Donski onun xaç atası idi. (Bax: Уйти ото всех. Лев Толстой как русский скиталец (в составе книги «Лев Толстой. Последний дневник». // М.: ИКАР (Изд-во ВК), 2010.
• Родные и близкие (в составе книги «Хроники рода Достоевских») // М.: Фонд Достоевского, 2013.
• Сага о Достоевском (пер. кит. яз.). Пекин. — 2014.
• Последний год Достоевского. М.: Редакция Елены Шубиной, 2017, 780 С.
• Пропавший заговор. Достоевский: дорога на эшафот. М.: Академический проект, 2017.
• Родиться в России. Достоевский: начало начал. М.: Академический проект, 2018. — 749 С.
Onu da qeyd edək ki, hakimiyyətə gəlmək yollarında terrorizmi istisna etməyən boşeviklər Karakozovu ilk inqilabçılardan biri hesab etmişlər. Heç də təsadüfi deyildir ki, sovetləşmə mərhələsindən sonra Rusiyanın bir çox şəhərlərində- Penzada, Tulada, Mojayskda, Serdobskda, Krivoy Roqda bir çox küçə və xiyabanlara Dmitri Vladimiroviç Karakozovun adı verilib.
Karakozovun taleyi sizə Dostoyevskinin öz həyatını, daha doğrusu onun ilk gənclik illərini xatırlatmır ki? Axı, 1849-cu ildə sui-qəsddə iştirak edən gənc Fyodor Mixayloviç Dostoyevski haqqında da ölüm hökmü çıxarılmışdı. Sadəcə olaraq... çarın “humanist fərmanı” onu edamdan xilas etdi. Və buradaca qeyd edək ki, fərman qüvvəyə minsəydi gələcəyin daha bir görkəmli yazıçısı hesab edilən Vladimir Navokovun babası general-admiral, sonralar Rusiyanın Ədliyyə naziri olmuş Dmitri Nabokov hökmü icra edəcəkdi...
Bildiyiniz kimi, əvvəllər terrora üstünlük verən Dostoyevski zaman keçdikcə sosialist ideyalarının amansız düşmənlərindən birinə çevrildi...
Yenə söhbətin əvvəlinə qayıtmaq istəyirəm. Dostoyevskinin əksər tədqiqatçıları terrorçu Karakozovun “fəaliyyətinin” yazıçının yaradıcılığına təsirsiz ötmədiyini yazırlar. Onun təkcə “Karamazov qardaşları” romanında deyil, digər əsərlərində də (“İdiot”, “Qumarbaz” və s.) Karakozovun “inqilabı” və yaxud dağıdıcı fəaliyyətinin “izi” bu və ya digər nüanslarda özünü göstərməkdədir.
P.S. Aşaıdakı foto: yazıçı və onun qəhrəmanının prototipi Qaragözov.
MİA.AZ
Yazı müəllifin feysbuk hesabından götürülüb.
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO