Zahid Oruc: “Prezident sərhədlərin açılmasını hər kəsdən çox istəyir”
17-12-2025 [15:25]
“Sərhədlərin bağlanması ilk növbədə pandemiya təhlükəsinin qlobal problemə çevrilməsi fonunda Azərbaycan əhalisinin sağlamlıq mənafelərinin qorunması məqsədi ilə gündəliyə gəldi. Bu, məcburi bir tədbir idi”.
Mia.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirib.
O deyib ki, heç bir hakimiyyət insanların hərəkət azadlığını məhdudlaşdırmaqda maraqlı ola bilməz: “Çünki bu, bir tərəfdən mənəvi-psixoloji problemlər yaradır, digər tərəfdən isə maliyyə, sosial, iqtisadi və investisiya mühitinə mənfi təsir göstərir. Mən parlament tribunasından, 2024-cü ildə komitə sədri kimi çıxış edərkən də bildirmişdim ki, mövcud şəraitdə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə – xüsusilə İsrail–İran xəttində gərginlik, eləcə də regiondakı digər böhranlı proseslər nəzərə alınaraq, sərhədlərin açılmasının yarada biləcəyi risklər dövlət tərəfindən ciddi şəkildə hesablanır. Bu məhdudiyyətlər məhz bu səbəbdən tətbiq olunur. Bu mövzuda bəziləri iddia edirdilər ki, artıq karantin məqsədləri arxa plana keçib və məsələ başqa səbərlərlə bağlıdır. Hətta cəmiyyətlə daha açıq müzakirələrin aparılmasının zəruri olduğunu da dilə gətirirdilər. Ancaq nəzərə almaq lazımdır ki, Vətən müharibəsini aparan, qalib gələn, milli maraqları hər şeydən üstün tutan, xarici təzyiqlərə baxmayaraq xalqının minillik arzularını gerçəkləşdirən bir lider, Ali Baş Komandan əhalinin təhlükəsizliyini riskə atacaq addım atmaz”.
Onun sözlərinə görə, ölkəmizin dünyaya daha açıq olması, siyasi, iqtisadi və sosial inteqrasiyanın güclənməsi hər kəsdən çox məhz dövlət başçısının marağındadır: “Axı Azərbaycanı gücləndirən, beynəlxalq arenada mövqeyini möhkəmləndirən və Rusiya, İran, Fransa kimi güclü mərkəzlər qarşısında qətiyyət nümayiş etdirən də məhz Prezidentdir. Məsələ ondadır ki, quru sərhədlərin bağlı qalması sırf tranzit və hava nəqliyyatı ilə məhdud əlaqələr yaradır və bu imkanlardan da yalnız məhdud sayda insan faydalana bilir. Dövlət rəhbəri heç vaxt istəməz ki, xalqı üçün həyati əhəmiyyət daşıyan ailəvi, məişət və humanitar əlaqələr süni şəkildə uzadılsın. Ancaq təhlükəsizlik prioritet olaraq qalır. Gürcüstan və Ermənistan bu cür məhdudiyyətlər tətbiq etmədiyi halda belə, müharibə zonalarından yüz minlərlə insan həmin ölkələrə axın edib. Əgər bizim sərhədlər açıq olsaydı, xüsusilə İsrail–İran qarşıdurması dövründə yüz minlərlə insanın – o cümlədən soydaşlarımızın – Azərbaycan ərazisinə kütləvi axını ilə üzləşə bilərdik”.
Komitə sədri bildirib ki, bu, bütün müharibələrdə müşahidə olunan təbii özünümüdafiə instinktidir: “Bu gün də təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat orqanlarımız, sərhəd qüvvələrimiz çox ciddi çağırışlarla üz-üzədir. Dövlət başçısına təqdim olunan hesabatlar göstərir ki, risklər hələ də aktualdır. Əminəm ki, bu məsələ subyektiv yanaşma ilə deyil, bütün aidiyyəti qurumların rəyləri və hesabatları əsasında qiymətləndirilir və vaxtı çatdıqda sərhədlərlə bağlı açılım qərarı veriləcək. Sərhədlər əbədi bağlı qalmayacaq – bu, aydındır. Sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və ümumilikdə regional kommunikasiyaların bərpası bu prosesə ciddi təkan verə bilər. Xüsusilə Zəngəzur və Şərq–Qərb logistik marşrutları baxımından bu addımlar region üçün yeni imkanlar yaradacaq. Ümid edirəm ki, 2026-cı ildə Ali Baş Komandan bu məsələdə də ən doğru və ölçülüb-biçilmiş qərarı verəcək”.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər