Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
16-12-2025 [20:10]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Bir neçə gün öncə “Yeni dövr – yeni ‘Təhsil Qanunu’ tələb edir” adlı yazım saytlarda dərc olunmuşdu. “Təhsil Qanunu”nun hazırlanmasını zəruri edən yeni amilləri sadalayarkən “Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda formalaşır” fikrini də qeyd etmişdim.
(https://www.facebook.com/share/p/1a23fJTt2Z/)
Şəxsiyyətinə çox dəyər verdiyim, daim axtarışda olan bir gənc müəllim telefonda mənə müraciət etdi ki, bu məsələ iş yoldaşlarımla aramızda diskusiyaya səbəb olub, odur ki, məsələyə aydınlıq gətirməyimi xahiş etdi. Bacardığım qədər telefonda geniş izah etdim. Düşündüm ki, bəlkə başqaları üçün də maraqlı ola bilər və burada yazı formasında həmin suala cavab verməyə çalışdım.
İlk növbədə xatırladım ki, müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri hər bir şagirdin potensialını vaxtında görmək, düzgün istiqamətləndirmək və inkişafını davamlı şəkildə dəstəkləməkdir. Bu baxımdan son illər daha çox səslənən “şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda formalaşır” fikri təsadüfi deyil. Bu yanaşma təhsilə baxışı əsaslı şəkildə dəyişən yeni pedaqoji düşüncənin ifadəsidir.
- Ənənəvi modeldən fərqləri:
Ənənəvi təhsil modelində şagirdin inkişafı əsasən əvvəlcədən müəyyən edilmiş proqramlar, vahid standartlar və eyni qiymətləndirmə meyarları əsasında aparılırdı. Şagirdlərin bilik səviyyəsi, onların arasındakı fərqlər, daha çox yarımillik və illik qiymətləndirmələr zamanı üzə çıxır, inkişaf prosesinin özü isə ikinci plana keçirdi. Bu yanaşma fərdi xüsusiyyətləri deyil, orta nəticəni əsas götürürdü.
Müasir təhsil yanaşması isə şagirdi passiv icraçı yox, aktiv iştirakçı kimi qəbul edir. Burada əsas diqqət yekun nəticəyə deyil, öyrənmə prosesinin özünə yönəlir.
- Sual yaratmış cümlədə “real vaxtda” anlayışı nə deməkdir?
“Real vaxtda” fikri şagirdin zəruri ehtiyac və potensial imkanlarını sonradan alınan məlumatlar və hansısa formal göstəricilər əsasında deyil, tədris prosesinin gedişində müəyyənləşdirilməsi deməkdir.
Şagirdin dərs prosesində verdiyi əks reaksiyalar, suallara münasibəti, tapşırıqları yerinə yetirmə forması, müzakirələrdə fəallığı, maraq göstərdiyi və çətinlik çəkdiyi mövzular onun inkişaf istiqamətini göstərən əsas göstəricilərdir.
Bu yanaşmada müəllim yalnız bilik ötürən deyil, eyni zamanda müşahidə edən, analiz aparan və dərhal pedaqoji qərar verən şəxsə çevrilir. Qərarlar “sonra baxarıq”, "sonra aydınıaşdırarıq" prinsipi ilə deyil, yerində və operativ şəkildə formalaşır.
= Fərdi inkişaf trayektoriyası nəyi əhatə edir?
Belə ki, fərdi inkişaf trayektoriyası təkcə akademik göstəricilərlə məhdudlaşmır.
Bu anlayış şagirdin:
– idrak və düşünmə tərzini,
– öyrənmə tempini,
– maraq və motivasiyasını,
– yaradıcı və praktiki bacarıqlarını,
– sosial davranış və ünsiyyət vərdişlərini özündə birləşdirən kompleks inkişaf yoludur.
Eyni zamanda, bu trayektoriya sabit deyil. Şagirdin yaşı, mühiti, emosional vəziyyəti və tədris şəraiti dəyişdikcə inkişaf istiqaməti də yenilənir. Məhz buna görə də onun formalaşması yalnız çevik, müşahidəyə əsaslanan və fərdiləşdirilmiş yanaşma ilə mümkündür.
- Yeni yanaşmanın yaratdığı yeni tələblər:
Göründüyü kimi bu yanaşma müəllimdən təkcə fənn biliyi deyil, yüksək pedaqoji müşahidə qabiliyyəti, analitik düşüncə və çevik qərarvermə bacarığı tələb edir.
Eyni zamanda təhsili idarə edən strukturlar da bu prosesi dəstəkləyən mexanizmlər qurmalıdır:
– çevik proqramlar,
– fərdi yanaşmaya imkan verən qiymətləndirmə modelləri,
– müəllimlərin peşəkar inkişafını təmin edən real və praktik təlimlər və s.
Göründüyü kimi, lazımi mühit və şərait yaradılmasa, “fərdi inkişaf trayektoriyası” anlayışı sadəcə termin olaraq qalar, praktikada reallaşa bilməz.
- Nəticə etibarı ilə bir daha ümumiləşdirsək:
“Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda formalaşır” fikri müasir təhsilin mahiyyətini açan əsas tezislərdən biridir. Bu yanaşma göstərir ki, şagirdin inkişafı artıq yalnız sonda ölçülən nəticə deyil, tədris prosesinin özündə formalaşan, izlənilən və yönləndirilən canlı bir prosesdir.
Sağlam və effektiv təhsil sistemi məhz bu prosesə vaxtında reaksiya verən, şagirdi tanıyan və onunla birlikdə inkişaf edən sistemdir. Çünki təhsil yalnız bilik ötürmək deyil - insan yetişdirməkdir.
Təhsilimizin inkişafı naminə hamıya uğurlar arzulayıram!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi