Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu - FOTOLAR
17-12-2025 [18:17]
İnnovasiya lideri Bakcell "Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata” kafede "İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbir təşkil edib.
Mia.az xəbər verir ki, tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu sahədə mövcud innovativ həll modellərini müzakirə etmək olub. Tədbirdə dövlət, özəl şirkət, həmçinin QHT və media nümayəndələri də daxil olmaqla ümumilikdə 40-a yaxın qonaq iştirak edib.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin qurulmasında tətbiq edilən ən son yeniliklər, bu sahədə məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modellərinin tətbiqi ətrafında geniş müzakirələr aparılıb.
"Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə millət vəkili Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi və Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər.
"Bakcell olaraq innovasiya yanaşmamızın əsasında cəmiyyətin hər bir üzvü üçün müasir imkanlar yaratmaq dayanır. "Birgə və Sağlam” ilə güclü əməkdaşlığımız inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində davamlı dəstəyin göstəricisidir və biz bu kimi təşəbbüsləri gələcəkdə artırmağı hədəfləyirik”, – deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.
Bakcell inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət yeni texnoloji və sosial təşəbbüslər vasitəsilə cəmiyyətin dayanıqlı inkişafına töhfə verir.
"Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. "Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş "Kaşalata” kafe neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər