Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
08-12-2025 [13:05]
Elxan ŞAHİNOĞLU
***
ABŞ Prezidenti Donald Tramp deyib ki, guya Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun hazırladığı sülh planının məzmununu oxumayıb.
Deyəsən, Tramp hər dəfə Zelenskini aşağılamaqdan həzz alır. Müharibə gedən və əraziləri işğal olunan ölkənin dövlət başçısı ona təqdim olunan sülh planını necə oxumaya bilər? Əgər həmin planı müharibəyə dəxli olmayan siyasətçilər və ekspertlər az qala lupa ilə oxuyublarsa, necə ola bilər ki, Zelenski ölkəsinin və bəlkə də özünün siyasi taleyini həll edə biləcək planı oxumasın?
Trampın digər iddiasına görə, guya Zelenkisinin komandası sülh planından məmnun qalıb, Ukrayna Prezidenti isə məmnun qalmayıb. Bu cümlədə də iki ziddiyyətli məqam var. Birincisi, Tramp bir tərəfdən deyir ki, Zelenski planı oxumayıb, o biri tərəfdən də vurğlayır ki, Ukrayna Prezidenti plandan məmnun qalmayıb. Demək, Zelenski planı oxuyub ki, sənəddən məmnun qalmayıb.
İkincisi, Zelenski ilə yanaşı onun komanda üzvləri də Vaşinqtonun planından məmnun deyillər. Təsadüfi deyil ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Sky News” kanalına müsahibəsində Ukraynanın hər hansı ərazi güzəştini qəti şəkildə rədd edib. Sırski bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və heç bir ərazi itirilmədən mümkündür. Onun sözlərinə görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər. Bu Sırskinin hamıya, o cümlədən Prezidenti Volodimir Zelenskiyə də mesajıdır ki, işğalçı Rusiyaya güzəştə getməsin.
Donald Trampın Zelenskini niyə hədəf seçməsi onun açıqlamasının sonrakı hissəsindən aydın olur. Ağ Ev sahibi Rusiyanın Vaşinqtonun planından razı qaldığını iddia edib. Halbuki, Rusiya Prezidenti Vladimir Putin Hindistan nəşrinə verdiyi müsahibədə Trampın Moskvaya göndərdiyi nümayəndələrlə 5 saatlıq görüşü mənasız və vaxt itkisi kimi qiymətləndirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi