"MTV" kanalına ciddi xəbərdarlıq olunub
17-12-2025 [15:51]
Bu gün Audiovizual Şurasının onlayn iclası keçirilib.
Mia.az Audiovizual Şuraya istinadla xəbər verir ki, iclasda "MTV" kanalının efirində 28.11.2025 tarixdə, saat 10:04-11:54 arası yayımlanan "Xoş sabah" proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib:
"Proqramda iştirak edən qonaqlardan biri "İnsanlar düşünürlər ki boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular hər bir şeyə. Bügün o söhbət yoxdur artıq. Bügün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa." ifadələrini işlətməklə öz mövqeyini ifadə etmişdir. Digər bir qonaq isə, buna cavab olaraq "Bu inkişaf deyil, əxlasızlıqdır" ifadəsindən istifadə edilib. Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə, redaksiya nümayəndəsinin (bu halda, aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınıb, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılıb, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunub".
İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə ediblər.
Bildirilib ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın "inkişaf" kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur. Audiovizual Şuranın üzvləri tərəfindən "boşanmaq inkişafdır" ifadəsi Ailə Məcəlləsinin, habelə "Media haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilib, qeyd olunan yayımla bağlı "MTV" kanalına ciddi xəbərdarlıq olunub: "Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, redaksiya nəzarətini gücləndirməyə, yayım zamanı ictimai dəyərlərə hörmət etməyə, həssas mövzularda, xüsusilə ailə, uşaq, nikah mövzularında diqqətli olmağa çağırır".
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər