Daha bir AXCP funksioneri saxlanılıb?

img

17-12-2025 [16:47]


AXCP Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanın saxlalıdığı barədə məlumat yayılıb.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, məlumatı AXCP üzvləri ictimailəşdiriblər. Onlar Murad Sultanla dünən günortadan sonra əlaqə kəsildiyini bildirilər. Ona zənglərin çatmadığı qeyd olunur.

Hələ ki AXCP-nin NTK sədri haqda rəsmi qurumların açıqlaması yoxdur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA