Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona

img

17-12-2025 [12:04]


Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək məqəsdi ilə tender müsabiqəsi elan edib.

Mia.az Yeniavaz.com-a istiandla xəbər verir ki, nazirliyin 8-ci zonada icarəyə götürmək istədiyi ofisin sahəsi 1 500 kv. metr olmalıdır.

Qeyd edək ki, nazirlik 30 ay üçün icarəyə götürəcəyi ofisə 1 milyon 133 min 250 manat ödəməyi nəzərdə tutub (ehtimal olunan qiymət).

Rəqəmlərdən də göründüyü kimi, nazirlik icarəyə götürəcəyi 1 500 kv. metr ofis üçün ayda 37 min 775 manat ödəmək istəyir.

Bildirilir ki, icarəyə götürüləcək qeyri-yaşayış binasında azı 85 otaq, həmçinin istirahət otağı, lift və 6 mətbəx olmalıdır


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA