BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
17-12-2025 [14:37]
Bu gün maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı səlahiyyət müddətinin bitməsi münasibətilə qəbul edib.
Mia.az XİN-ə istinadla xəbərverir ki, görüşdə oktyabrda Azərbaycan Hökuməti və BMT arasında imzalanmış "2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi" ətrafında fikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onun praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış Çərçivə Sənədi "2022–2026 Sosial-İqtisadi İnkişaf Strategiyası"na uyğun olaraq Azərbaycanda inklüziv iqtisadi artımın təşviqi, insan inkişafının gücləndirilməsi, iqlim və ekoloji dayanıqlığın artırılması, eləcə də "yaşıl artım" və ədalətli keçid məqsədlərinə xidmət edən əsas platforma rolunu oynayacaq.
S.Babayev Azərbaycanın milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəli tərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin bu tərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəli icrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşı tərəfin diqqətinə çatdırıb.
V. Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davam edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın Azərbaycanda milli inkişaf gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin icrasında mühüm rol oynadığını qeyd edərək, BMT-nin Azərbaycanla əməkdaşlığının, xüsusilə də "2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası vasitəsilə davam etdirilməsinə sadiqliyini bir daha vurğulayıb.
Sonda nazir rezident əlaqələndiricinin fəaliyyəti dövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər