QAZİ YARALI ƏSGƏR DEMƏK DEYİL!
18-02-2021 [20:01]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
***
Bəzən cəmiyyətdə bir söz, bir kəlam, bir deyim öz mənasını itirib yeni məna kəsb edir. Söz funksiyasını dəyişib başqa şəkil alır.
Müsbət mənada işlənən söz mənfi, mənfi mənada işlənən söz müsbət anlam qazana bilir. Buna dilçilikdə funksional keçmə deyilir. Sözün təbii şəkildə mənasını dəyişməsi üçün mühüm situasiya gərəkdir. Misal üçün faşizm sözü italyanca təşkilat, birlik deməkdir.
Hitler dönəmində faşizm dedikdə yalnız bu anlaşılırdı. Lakin II dünya müharibəsindən sonra bu söz vəhşi, qəddar, zalım mənasında işlək oldu. Bu situasiya dəyişikliyindən meydana gəlmişdi. Təəssüf ki, bəzi sözlər isə məqsədyönlü şəkildə cəmiyyətdə dəyişdirilir. Toplum da mənasına varmadan bir sözü yanlışlıqla işlədir və bu getdikcə söz vərdişinə çevrilir, M.Füzulinin dediyi kimi, düşünərək danışanlar azalır, tutuquşu kimi sözü düşünmədən təqlid edib yayanlar isə artır.
Burada məkrli qara qüvvələr rol oynayır. Bizimlə münasibətdə bizə düşmən olan, xüsusilə türk sevməyən, ən başlıcası da BÖYÜK TÜRKÜN doğuluş, diriliş, oyanış və qurtuluş məqamında bunu həzm edə bilməyən güclər bu kimi şüuryuma əməliyyatları həyata keçirirlər. Bu zaman-zaman belə olmuşdur. Azərbaycanın bir zaman Türkiyədə konsulu olmuş, məşhur şair və çox dilləri bilən Abbas Abdulla hər zaman deyərdi ki, iki türkün arasına girmək üçün məkrli qüvvələr bir zaman Türkiyədə dil cəhətdən çox mənfi rol oynamışdır. O, fikirlərini konkret misallarla əsaslandırardı. O söz ki, bizdə iki hərflə işlənir, onu Türkiyədə bir hərflə əvəzləmiş, bir hərflə işlənən sözləri isə iki hərflə dəyişib işlətmişlər. Misal üçün, biz “ana” deyirik, onlar “anne” deyir, biz “əmi” deyirik, onlar “emmi” deyir, ancaq biz “amma” deyirik, onlar ama deyir, biz “yeddi” yazırıq, onlar “yedi” yazır. Halbuki Türkiyənin ədəbi dilində elə bu sözlərin qarşılığı da özünü göstərir.
Belə ki, onlar konstitutsiyaya anayasa deyirlər, anneyasa demirlər. Məlum olduğu kimi anayasa qədim türk ənənəsindən gələn ana qanun deməkdir. Göründüyü kimi bir-birimizi çətin anlamağımız üçün əllərindən nə gələ bilibsə, onu da ediblər. Xüsusilə də bunu yalnız türk sözlərində deyil, islam dünyagörüşü ilə dilimizə daxil olan, doğmalaşan ərəb sözləri üzərində də aparırlar. Bu da ondan irəli gəlir ki, yalnız türk sözləri ilə kifayətlənmiş olsalar dildə dağıntı yarada bilməzlər. Çünki xüsusilə Azərbaycan türklərinin dilində vətəndaşlığını qoruyub saxlayan az qala bu dilin qırx faizini təşkil edən ərəbcə sözlər işləkliyini itirməyib. Ad və soyadımızdan tutmuş bütün sahələrdə işlənən və dilimizə doğmalaşan sözlərin əhəmiyyətli bir hissəsi ərəb dil tərkibinə daxil olan sözlərdir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda dil mühafizəkarlığı çox güclüdür.
Dilimizdə işlək olan sözlərdən biri də təbiidir ki, son otuz ildə həyatımıza daxil olan qazi sözüdür. Bu söz dilimizdə elə bu şəkildə “qazi” olaraq işlənib “q” hərfi ilə yazılır və eyni səsi verir. Türkiyə leksikonunda isə “gazi” yazılıb, bizim dilimizdəki “Q” səsi ilə işlənir. Ərəb dilində isə bu söz bu şəkildə, gördüyünüz kimi غازی (ğazi) yazılıb, ğayn hərfi ilə eyni səsi verir. Ancaq aydındır ki, söz eyni sözdür və mənası da eynidir. Bəs nə üçün son illərdə, xüsusilə 44 günlük II Qarabağ-Böyük Vətən savaşından sonra bu söz əsas etibarilə yaralı əsgərlərimiz haqqında işlənir. Halbuku I Qarabağ savaşından sonra bu söz öz mənasını dəyişməmiş, elə qazi mənasına uyğun işlənmişdi. Bəs qazi sözünün əsl mənası nədir? Bunun üçün bu sözün daşıdığı dini-sosial və ictimai məna yükünü incələmək lazımdır. Bunu da anlamaq üçün bilmək lazımdır ki, haqlı savaşlara, Allah uğrunda və Vahid Allah ideyası əsasında aparılan fəthlərdəki döyüşlərə qəzavat, yəni ğəzavat deyilir. Bu savaşı aparan qazi (ğazi), bu savaşda həlak olan isə şəhiddir. Hələ ki, qazi sözü üzərində məna oyunu aparıb, onun əsl döyüş anlamını unutdurmağa, sadəcə olaraq döyüşdə yaralananlara aid etməyə çalışırlar. Buna nail olduqdan sonra isə təbiidir ki, şəhid sözü üzərində məna oyunu qurmağa çalışacaqlar. Ən təəssüf ediləsi də odur ki, sözün bu şəkildə dəyişdirilməsinə fikir vermədən bir çox alimlər, müəllimlər, həkimlər və s. cəmiyyətin maarifçi və ziyalı
hissəsi də bu sözü sosial şəbəkələrdə, kütləvi informasiya vasitəsi olan televiziya və radioda, qəzet və jurnallarda, internet kanallarında, Geoqle, Youtube və s. kimi
Bütün dünyayaya yayıla biləcək elektron resurslarda da işlədirlər. Qazi sözü artıq savaşçı mənasını itirib, yaralı əsgər mənası verməyə başlamışdır. İkinci mərhələdə isə təbiidir ki, sözün funksionallığını daha da artırıb ümumiyyətlə hər hansı bir şəkildə yaralanan adamları da qazi adlandıracaqlar. Halbuki dəqiq bilmək lazımdır ki, qazi qəzavat, yəni Allah uğrunda savaş aparan igid insandır. Yaralı əsgər də qazidir. Bir sözlə döyüşdə yaralanan əsgər də, yaralanmayan əsgər də qazidir. Burada sözü kontekstdən çıxarıb yalnız yaralı əsgəri qazi adlandırmaq doğru deyil. Savaşıb sağ qayıdan qazi, ölən isə bildiyimiz kimi şəhiddir. Torpaq uğrunda savaş aparan da qazi və şəhiddir. Çünki torpaq Uca Allahın insana bəxş etdiyi əmanətdir. O torpağa kafirlərin saldırmasının qarşısını almaq da Vətən uğrunda döyüş olmaqla bərabər eyni zamanda Allah yolunda döyüşdür. Yoxsa hər yerdə küfr qanad açar, iman pozular. “Haqq gəldi, batil zay oldu” kəlamının mənası da Uca Allahın izniylə kafirlər məğlub oldu mənası verir. Necə ki, Qarabağda Haqla, yəni Allahla olan tərəf biz, nahaqla olan tərəf isə mənfur erməni və onların dəstəkçiləridir.
Qazi sözünün qeyd etdiyimiz mənada olduğunu daha dəqiqliklə aydınlaşdıraq. Bu barədə Türkiyənin Diyanət İşləri Vəqfi tərəfindən nəşr olunan İslam Ensiklopediyasında oxuyuruq: “Gazi kelimesi Kur’ân-ı Kerîm’de bir yerde çoğul olarak yer almakta (Âl-i İmrân 3/156), başka bir yerde de ima yoluyla şehidlikle birlikte zikredilerek övülmektedir (et-Tevbe 9/52). Hadislerde ise gazinin ve çoğulu guzâtın sıkça kullanıldığı görülmektedir. Bunların bir kısmında “el-gāzî fî sebîlillâh” (Buhârî, “Taʿbîr”, 12; Tirmizî, “Zekât”, 18, “Daʿavât”, 5), bir kısmında yalnızca gazi şeklinde yer almaktadır (Müsned, I, 20, 53; Buhârî, “Ḫumus”, 13). Hemen tamamında övülen gazilik mefhumunun Allah yolunda savaşan kimseler için kullanıldığı anlaşılmaktadır Hz. Peygamber’in şehitlik ve gaziliğin faziletleri hakkındaki sözleri gaziliğin değerini arttırmış ve “ölürsem şehid kalırsam gazi” düsturunun ortaya çıkmasına vesile olmuştur” ( Gazi bahsi (müəllif Abdulkadir Özcan) (TDV İslâm Ansiklopedisi, 1996 yılında İstanbul'da basılan 13. cildi, 443-445 numaralı sayfalar).
Əlimizdə bu barədə qaynaqlar çoxdur. Ancaq mənbələri çox qeyd edərkən kütləvi auditoriya üçün çətinlik törətdiyi üçün biz əsas mənbələri bir mənbədə təqdim etməyi münasib bilirik. Əsas odur ki, burada qazi sözünün məhz dediyimiz anlamda anlaşıldığı göz qabağındadır. Ümuiyyətlə heç bir mənbədə və kütləvi tələffüzdə qazi sözünün yaralı əsgər mənasında işləndiyinə rast gəlmirik. Ərəbcədə bir çox halda yaralı cərih جريح, əsgər də cundi جندی adlanır. Təsadüfi deyil ki, yaraya baxan da cərrah adlanır. Ancaq dilimizə cərrah sözü doğmalaşsa da, cərih sözü vətəndaşlıq qazanmayıb.
Bu baxımdan yaralı əsgərə qazi demək olar. Ancaq yalnız yaralı əsgərin deyil, bütün qazilərin qazi olduğu unudulmamalı, bu hər zaman qeyd olunmalı, millətimizin döyüş ruhunu sındırmaq üçün sözlüklərlə belə oynayan mənfur qüvvələrin qarşısı vaxtında alınmalıdır.
Unutmaq lazım deyil ki, söz ən böyük silahdır. Bu silahdan doğru istifadə etmək fərdə də, millətə də yalnız zəfər nəsib edər. Bunu da heç kim unutmasın ki, Müzəffər olan yalnız Uca Allahdır.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər