İşğalçının saxta ideologiyası... - Professor Nəcəf Müseyibli yazır
02-10-2020 [17:30]
Nəcəf Müseyibli,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktor müavini, tarix elmləri doktoru, professor
***
Bu gün torpaqlarımız uğrunda müqəddəs müharibə gedir. Hər gün işğalçıya vurulan növbəti zərbə bizi son qələbəyə daha da yaxınlaşdırır. Qələbəyə və ədaətin bərpasına inamımız yenilməzdir.
Qonşu xalqların, dövlətlərin tarixi torpaqlarını işğal etmək üçün aparılan müharibələr adətən saxta ideologiya ilə müşayiət olunur. Azərbaycana qarşı erməni təcavüzünün ideoloji bazası uzun illər öncə yaradılmağa başlamışdı.
XIX əsrdə Rusiya imperiyası tərəfindən kütləvi surətdə Cənubi Qafqaza köçürülən ermənilər bütün bu müddət ərzində saxta təbliğatla məşğul olaraq, guya ərazidə əcdadlarının yaşadıqlarını “sübut edən” tarixi abidələrin olduğunu iddia edirlər.
Əsil elmi həqiqətlər budur ki, ermənilər Qafqaza özlərinin dili və dini ilə, artıq kənarda erməni kimi tam formalaşmış halda gəliblər. Hətta erməni “alimləri” daha qədim dövrlərdən bəhs etdikləri halda da məhz “erməni”, “erməni xalqı” sözlərindən istifadə edirlər. Buna görə də bütün cəhdlərinə baxmayaraq onların Cənubi Qafqazda yerli xalq olduğu heç bir halda təsdiqini tapmır. Tarix elminin bu sadə həqiqətini erməni ideoloqları dərk etmək istəmirlər.
Amma bunun tam əksi olaraq, onilliklər ərzində aparılmış arxeoloji-antropoloji tədqiqatlar azərbaycanlıların ulu əcdadlarının Qafqazın yerli əhalisi olduğunu, əsrlər boyu bu ərazidə təşəkkül tapıb formalaşdığını sübut etmişdir. Yəni, bu araşdırmalar Azərbaycanın müasir əhalisinin minilliklər öncəyə bağlandığını maddi, təkzibolunmaz faktlarla sübuta yetirmişdir.
Cənab Prezident İlham Əliyev əvvəlki çıxışlarında olduğu kimi, yaxın günlərdə döyüşlərdə yaralanmış hərbçilərlə görüşündə də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdəki tarixi abidələrimizi məhv etdiklərini xüsusilə vurğulamışdı. İşğal olunmuş bölgədə yüzlərlə abidələrimiz erməni vandalları tərəfindən kütləvi surətdə dağıdılır və ya özününküləşdirilir. Ermənilər işğal etdikləri ərazilərdə ilk növbədə islam mədəniyyəti abidələrini kütləvi surətdə məhv edirlər. Çünki bu dini memarlıq tikililərini, epiqrafik yazılarla müşayiət edilən abidələri erməniləşdirmək mümkün deyil.
Digər tərəfdən, ermənilər Azərbaycanın alban xristian memarlıq abidələrini erməniləşdirirlər. Bununla bu qədim xristian abidələrinin guya onlara məxsusluğunu və ermənilərin bu ərazilərin qədim sakinləri olduğunu saxta yollarla sübut etməyə çalışırlar.
Dünyanın nadir abidələrindən olan Azıx mağara düşərgəsi erməni işğalçıları tərəfindən əvvəllər hərbi sursat anbarına çevrilmiş, sonra isə orada qeyri-qanuni “arxeoloji qazıntılar” aparılmışdır. Siyasi mübarizə arenasında tam məğlubiyyətini dərk edən Ermənistan işğal faktına tarixi-hüquqi don geyindirmək məqsədi ilə həmin ərazilərdəki qədim abidələrin guya ermənilərə məxsus olması barədə cəfəngiyat dolu təbliğat aparırlar.
Ermənistan “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun üzvüdür. Bu Konvensiyada işğal olunmuş ərazilərdə hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklər edilməsi, mədəni, tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsi məqsədilə onların istifadəsi qadağan edilmişdir. Buna baxmayaraq Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni arxeoloji qazıntı işləri aparır. Ağdamın işğal olunmuş ərazisindəki qədim abidəni ermənilər “Tiqranakert” elan edərək orada “arxeoloji qazıntılar” gerçəkləşdirir. Halbuki “Tiqranakert” adlı qədim şəhər bütövlükdə Cənubi Qafqaz ərazisində mövcud olmamışdır. Ümumiyyətlə, erməni xalqına aid qədim antropoloji materiallar və hər hansı maddi mədəniyyət qalıqları həm işğal olunmuş bölgədən, həm də indi Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarından məlum deyildir.
Bütün bunlar erməni tarixçilərinin və ideoloqlarının yad torpaqların ələ keçirilməsi planlarını icra edən işğalçı qüvvələrə tutarlı cavabların verilməsini tələb edir. Şanlı ordumuz indi məhz bu işlə məşğuldur.
Bu günlərdə xalq-dövlət birliyi hər bir vaxt olduğundan daha güclüdür. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad edəcək və tarixi ədalət bərpa olunacaq. Şuşada Azərbaycan müzəffər əsgərinə abidənin ucaldılacağı gün uzaqda deyil!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi