AFFA klub və rəsmilərini cəzalandırdı

img

07-04-2026 [11:55]


Azərbaycan I Liqasında çıxış edən "Səbail"in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb.

Mia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin XX turda, "Baku Sportinq"lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. A.Şükürovun bu hərəkətinə görə kluba 3000 manat cərimə tətbiq edilib.

Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. "Səbail" buna görə isə 1500 manat ziyana düşüb.

"Mingəçevir" isə 1500 manat cərimələnib. Bölgə klubu "Şəfa" ilə görüşdən sonra meydana kənar şəxslərin daxil olmasına görə bu məbləği ödəməli olacaq. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.

"Şəfa" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 210 manat cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA