Bir neçə fotonun yaratdığı suallar… - Vahid Tağıyev yazır
26-02-2026 [10:07]
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Elmlər Akademiyasının iclasında mürgüləyən alimlərin yayılan fotoları sosial şəbəkələrdə geniş rezonans doğurub. Təəssüf ki, məsələ yenə də istehza və təhqir müstəvisində müzakirə olunur. Sanki insanlar artıq təhqirlə danışmağa vərdiş ediblər.
Azərbaycan elminə illərlə xidmət etmiş, ömrünü tədqiqata, yaradıcılığa həsr etmiş nüfuzlu alimlərin bir neçə fotonun nümunəsində kütləvi olaraq sosial mediada gülüş obyektinə çevrilməsi təəssüf doğurur. Bunlar həmişə dəyər verdiyimiz hörmətli, qocaman elm xadimlərinə qarşı utanverici bir mənzərədir. Bu, nə milli düşüncəyə, nə də ziyalı ənənəsinə uyğun yanaşma deyil.
Yaşlı alimlərin yorğun görüntüsü onların topladığı elmi nüfuzu azaltmır və azaltmamalıdır da. Lakin məsələyə yalnız emosional müdafiə mövqeyindən yanaşmaq da düzgün olmazdı. Çünki düşünürəm ki, fotolar səbəb deyil - nəticədir.
Cəmiyyətin bütün təbəqələri, sahələri arasında yerində olmayanlar var. Əlbəttə, böyük, mötəbər bir iclasda ilin elmi nəticələri və gələcək planların müzakirəsi zamanı belə bir mənzərə heç kimin xoşuna gələ bilməz.
Cəmiyyətin diqqətini çəkən əsas məsələ şəxslərdən daha çox vəziyyəti yaradan sistem və belə tədbirlərin qüsurlu təşkili tərəfləri olmalıdır.
Ortada bir həqiqət var: Akademiyanın idarəçilik modeli uzun illərdir ciddi suallar doğurur və bu barədə tənqidi fikirlər zaman-zaman səsləndirilir. Elmi idarəetmə ilə inzibati idarəçilik arasında əsaslı fərq olmalıdır. Elm canlı prosesdir - ideya, müzakirə və dinamika tələb edir. Göründüyü kimi formal prosedurlar isə onu nənki yaşatmır, hətta deyərdim gözdən salır. Təəssüf ki, bu mənzərələr bəzi ali təhsil müəssisələrində də ürəkaçan deyil...
Son günlər müzakirəyə səbəb olmuş vəziyyətlə bağlı sadə bir məqam üzərində düşünək: bir iclas elə təşkil oluna bilər ki, iştirakçılar üçün maraqlı və məhsuldar olsun. Qısa və konkret çıxışlar, real müzakirə, fikir mübadiləsi, nəticəyə yönəlmiş qərarlar…
Əminliklə deyə bilərik ki, bu halda mürgüləmə deyil, canlı polemika yaranar.
Əgər keçirilən iclaslar maraq doğurmursa, müzakirələr formal xarakter daşıyırsa, işgüzar və dinamik mühit formalaşmırsa, bu artıq fərdi məsələ deyil - kök salmış idarəetmənin problemidir.
Cəmiyyətdə haqlı suallar yaranır:
– Akademiyanın fəaliyyəti müasir elmi inkişafın tempinə nə dərəcədə uyğundur?
– Elmi problemlər aktual çağırışlara uyğun qoyulurmu?
– Qərarlar real nəticələrə xidmət edirmi?
– Gənc alimlər üçün yüksəliş və təşəbbüs imkanları varmı?
– Nəsillərarası əməkdaşlıq formal, yoxsa məzmunludur?
Təsadüfi deyil ki, sosial şəbəkədə yayılan bir neçə foto uzun müddət toxunulmayan problemlərin müzakirəsinə səbəb olur. Məsələnin mahiyyətini düşünmədən şəxslərin üzərinə yönəltmək asandır, ancaq düzgün deyil. Yaşından asılı olmayaraq şəxsi fiziki durumuna, yaxud ümumi vəziyyətlə bağlı olaraq hər bir insan mürgüləyə bilər. Doğru yanaşma isə sistemə baxmaqdır.
Elm cəmiyyətin düşüncə mərkəzidir. Orada durğunluq yaranırsa, bu artıq təkcə bir qurumun deyil, ölkənin gələcək intellektual potensialının məsələsidir. Səviyyəli açıq müzakirə və tənqid düşmənçilik deyil - inkişafın başlanğıcı, davamıdır. Bu, kiməsə qarşı mövqe deyil, ölkənin elmi gələcəyinə qarşı məsuliyyət məsələsidir.
Elm və təhsil sahəsində illərlə davam edən idarəetmə keyfiyyətli nəticə doğurmursa, dünyanın müasir inkişafı tələbatına cavab vermirsə dəyişiklik zərurətə çevrilir. Bu sahədə vacib, gözlənilən yenilənmələr, islahatlar artıq seçim deyil - qaçılmazlıqdır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi