İran rejimi məğlub oldu... - Şahin Cəfərlidən TƏHLİL
01-03-2026 [19:37]
Şahin Cəfərli
***
Hazırda müqaviməti davam etdirmələri, sağa-sola raket atıb dron göndərmələri sadəcə olaraq, ABŞ-la müzakirələrə əliboş yox, müəyyən gücə sahib tərəf kimi oturmaqdan başqa bir məqsəd daşımır. Öz rəhbərini qoruya bilməyən, onunla birlikdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanını, müdafiə nazirini, Baş Qərargah rəisini, Təhlükəsizlik Şurası katibini və digər yüksək vəzifəli şəxsləri bir zərbə ilə itirmiş, içəridə xalqın dəstəyini ala bilməyən, xarici müttəfiqi olmayan rejimin bundan sonra dirənişə uğurla davam etməsi imkansızdır.
İranda 47 illik "islam inqilabı" dövrü felən (de-fakto) qapanmaq üzrədir. Bu, dərhal radikal sistem dəyişikliyi olacağı və köklü islahatlar aparılacağı anlamına gəlmir. Amma bundan sonra heç nə əvvəlki kimi ola bilməz. Daxildə tədrici dəyişiklik və yumşalmalar qaçılmazdır. Ölkədə ümumiəfv elan edilərək bütün siyasi məhbusların azadlığa buraxılması, siyasi fəaliyyəti yasaqlanmış şəxslərin siyasi həyata yenidən vəsiqə alması, mühacirlərin qayıdışına icazə verilməsi zaman məsələsidir. Şah rejiminin bərpası filan mümkün deyil. Yeganə model demokratik respublikadır. (Bu, demokratik federalizm şəklində də ola bilər). Ölkədə formal da olsa, seçki institutu mövcuddur, bunu demokratikləşdirmək və xalqın etimad edəcəyi instituta çevirmək qalır.
Keçid administrasiyası Musəvinin təklif etdiyi kimi, milli konsensus əsasında Konstitusiya layihəsi hazırlayaraq referenduma çıxarmalıdır. Vilayəti-fəqih sisteminin demontaj edilməsi, qeybdəki imamın yer üzündəki təmsilçisi hekayəsinə əsaslanan ali rəhbər təsisatı və digər qeyri-legitim qurumların ləğvi, bütün güc strukturlarının seçilmiş hökumətə tabe etdirilməsi, bütün iddialıların iştirakı ilə prezident və parlament seçkiləri keçirilərək xalqın iradəsi əsasında yeni hakimiyyət orqanlarının formalaşdırılması İran üçün ən yaxşı yol xəritəsi olar.
İran çox zəngin təbii sərvətlərə malik ölkədir, yetişmiş insan potensialına da sahibdir. Dünyaya açılarsa, sürətlə inkişaf etmək potensialı var.
P.S.Yazı müəllifin Feysbuk hesabından götürülüb!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi