Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?

img

07-04-2026 [18:01]


Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda Şuranın və Holdinqin Müşahidə Şurasının üzvləri və dəvət olunanlar - Holdinqin İdarə Heyətinin (İH) sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq İH-nə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA