İran Azərbaycanı niyə hədəfə alır?
05-03-2026 [14:57]
Şahin Cəfərli
***
Bu sualı çoxları verir və hadisənin arxasında sionistlərin ola biləcəyinə dair fərziyyə irəli sürürlər. Onlar məsələyə rasional məntiq çərivəsində yanaşırlar, halbuki son günlər dəfələrlə ifadə etdiyimiz kimi, İranda hazırda vahid, mərkəzləşdirilmiş hərbi və siyasi idarəetmədən danışmaq mümkün deyil.
Yerlərdki siyasi idarəçilərə və hərbi komandirlərə sərbəstlik verilib. Bunlar Tehrandan icazə və ya əmr gözləmədən müstəqil hərəkət edirlər. SEPAH hərbi birləşmələrinin əllərində koordinatlar var və o koordinatlar üzrə raket, dron buraxılışlarını həyata keçirirlər.
Digər tərəfdən, ən vacib məqam budur ki, dinc dövrlərdə də İranın Azərbaycana münasibəti hər zaman aqressiv olub.
1991-ci il 19 oktyabrdan bəri İran rejimi Azərbaycan Resublikası adlı dövlətin mövcudiyyətini və müstəqilliyini həzm edə bilməyib. Azərbaycanı tanımaqda bir müddət tərəddüd ediblər və bütün dünyanın tanımağa başladığını gördükdən sonra - dekabrın 25-də tanıyıblar. 2001-ci ilin iyulunda İran hərbi təyyarələri istər Xəzər, istərsə quru ərazilərimiz üzərindəki hava məkanımızı dəfələrlə pozublar, yalnız Türkiyə hərbi aviasiyası Bakıya gəlib, nümayiş uçuşları keçirdikdən sonra İran bu təxribatlarını dayandırmağa məcbur olub.
Ayətullah Lənkəraninin fətvasından sonra 2011-ci ildə Bakıda yazıçı Rafiq Tağının qətli; “Eurovision 2012” musiqi yarışmasının Bakıda keçirilməsinə etiraz olaraq Təbrizdəki Azərbaycan Konsulluğu qarşısında aqressiv etiraz aksiyalarının təşkili və səfirlərin qarşılıqlı geri çağırılması; Nardaranda faktiki olaraq İrana bağlı muxtar idarəçilik qurulması və 2015-ci ilin noyabrında orada keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilərək 2 polisin öldürülməsi; 2018-ci ildə Gəncədə “Elmar Vəliyev hadisəsi” zamanı İrana yaxın şəxslər tərəfindən 2 polis zabitinin qətli, eləcə də digər bilinənlər niyə unudulur? (Bilinməyənlər bundan çoxdur).
Qarabağ qələbəsindən sonra baş verənlər isə ümid edirəm ki, yaddaşlarda hələ qalır. SEPAH generalları, onlara yaxın üləma, siyasətçilər və media tərəfindən Azərbaycanın dəfələrlə açıq şəkildə hədələnməsi, sərhəddə keçirilən hərbi təlimlərin birində Azərbaycana hücumun imitasiya olunması yəqin ki, İsrail agentləri tərəfindən edilməmişdi.
Ona görə də, “axı, bu, İranın nəyinə lazımdır” şəklində fikirlər ya sadəlövhlükdür, ya da rejimi təmizə çıxarmağa yönəlmiş məqsədli manipulyasiya.
P.S.Yazı müəllifin Feysbuk-dakı səhifəsindən götürülüb!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi