İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə

img

07-04-2026 [00:17]


Türkiyənin Muğla Böyükşəhər Bələdiyyəsinin vəzifəli şəxsi saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğla Böyükşəhər Bələdiyyəsi Reklam A.Ş. (MUBRAŞ) İdarə Heyətinin sədri L.A. iş üçün ona müraciət edən tələbə qıza əxlaqsız təklif etməkdə ittiham olunur.

Məlumata görə, Muğla Sıtkı Koçman Universitetinin tələbəsi D.Ç. iş üçün ona sosial media üzərindən müraciət ünvanlayıb: “Vəzifəli şəxs tələbə qıza iş qarşılığında əxlaqsız təklif edib. Və o, tələbəni daha sonra da narahat etməyə başlayıb. Bundan sonra tələbə qız onun uyğunsuz  mesajları ilə bağlı prokurorluğa müraciət edib. Muğla Baş Prokurorluğunun təqdimatıyla polis onu qandallayıb. Hazırda cinayət işi açılıb, istintaq davam edir”.

Muğla Böyükşəhər Bələdiyyəsi xəbərə belə reaksiya verib: “İstintaqın nəticəsini gözləyək”

Hüseyn Namazov
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA