Atəşkəsin pozulması: xronoloji sənəd hazırlanmalıdır
02-10-2020 [12:56]
Ariz Abduləliyev,
91-lər istimai-siyasi hərəkatının üzvü, jurnalist
***
İnkarolunmaz faktdır ki, 27 sentyabr, səhər saatlarında Ermənistan hərbi qüvvələri tərəfindən Dağlıq Qarabağda atəşkəsin növbəti dəfə pozulması, bununla bərabər ordumuza və mülki əhalimizə qarşı silah işlədilməsi nəticəsində Azərbaycan ordusu cavab olaraq əkshücum əməliyyatlarına başladı. İşğalın hüquqi məsuliyyəti kimi, müharibə və dağıntıların məsuliyyəti də məhz Ermənistan tərəfinin üzərinə düşür.
Amma bəzi xarici informasiya kanallarında və saytlarında Dağlıq Qarabağ müharibəsinə səbəb olaraq Azərbaycanın hücuma başlaması göstərilir. Bu yalan məlumatda mənbə kimi həmişə məhz Ermənistan müdafiə nazirliyinin və baş nazir N.Paşinyanın dezinformasoyalarına istinad olunur. N.Paşinyanın siyasi manipulyasiyalarından biri də budur ki, Dağlıq Qarabağ danışıqlarının pozulmasını da, müharibənin başlanılmasını da qəsdən Azərbaycanın üzərinə atsın. Bununla da o, öz yalançı və idiot xislətinə rəğmən Dağlıq Qarabağ probleminin həllində, həm də Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanı qəsdən "destabil tərəf" kimi tanıtmaq niyyəti güdür. Təəssüf ki, Rusiyanın və bəzi ölkələrin telekanalları, informasiya saytları, siyasi şərhçiləri qeyri-obyektiv məqsəd və mövqe tutaraq N.Paşinyanın bu dezinformasiyalarını və müharibəni qızışdırmaq cəhdlərini yayır, dəstəkləyir, təbliğ edirlər. Müharibə haqqında siyasi təhlil, ideya və informasiya cəbhəsində məlum maraqlı xarici ölkələrin, xüsusilə Rusiyanın bəzi KİV-lərinin Azərbaycana qarşı qərəzli "döyüşü", dezinformasiya fəaliyyəti açıq-aşkar görünən və bilinən faktdır. Bəzən də məsələ belə "bitərəf" şəkildə qoyulur ki, "müharibənin başlanılmasında iki ölkə bir-birini ittiham edir". Əslində belə saxta, qərəzli, ikili mövqeyin özü də dolayısı ilə Ermənistanın işğalını, hərbi təxtibatlarını, beynəlxalq hüquqa zidd mövqeyini, dezinformasiyalarını dəstəkləmək deməkdir, onu "haqlı tərəf" kimi göstərməyə cəhddir.
Heç kimə sirr deyil ki, Ermənistan uzun illər atəşkəsi rejimini az qala hər gün pozub, dəfələrlə hərbi təxribatlara əl atıb.
Mənə elə gəlir ki, son 15-20 ildə Ermənistanın atəşkəsi pozması barədə ölkəmizin, Rusiyanın, Türkiyənin, MDB ölkələrinin xəbər saytlarında yer almış bütün informasiyaları bir yerə toplayıb, onların xronologiyasını tərtib etmək lazımdır.
Əvvəlla, bu xronoloji toplu Dağlıq Qarabağ probleminə dair hüquqi, tarixi və siyasi sənəd mahiyyəti daşıya bilər. İkincisi, həmin informasiyaların xronoloji qaydada tərtibi Dağlıq Qarabağ probleminə münasibətdə Ermənistanın hərbi təxribatlarını, məqsədyönlü pozuculuq faktlarını və beynəlxalq hüquqa zidd əməllərini xronoloji qaydada əks etdirəcəkdir. Üçüncüsü, bu xronologiya əslində müharibəyə aparan əsas səbəbin "verilənlər bazası" kimi Ermənistanın işğalçılıq siyasətinə, hərbi təxribatlarına və danışıqları pozmasına ən tutarlı, inkarolunmaz sübut ola bilər. Nəhayət, tərtib olunacaq xronoloji toplu əsaslı bir istinad mənbəyi kimi də, tarixi, siyasi və hüquqi sənəd kimi də mütəxəssislər, KİV-lər tərəfindən istifadə oluna bilər.
Son 15-20 il ərzində atəşkəsin pozulması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatları, eləcə də AzərTac-ın, AzTV-nin, həm də rusdilli və ingilis dilli saytlarımızın informasiyaları arxivlərdə saxlanılır. Rusiyanın və digər xarici KİV-lərin də bu barədə informasiyalarını əldə etmək çətin deyil.
Deməli, Ermənistan tərəfindən uzun illər atəşkəs rejiminin qəsdən pozulmasının xronologiyasını əks etdirən sənəd hazırki müharibənin başlanmasında, danışıqların pozulmasında məsuliyyəti bir daha faktiki və hüquqi olaraq Ermənistanın üzərinə qoya bilər. Bu baxımdan, həmin xronoloji sənəd hazırlanaraq beynəlxalq təşkilatlara, ölkələrin rəhbərlərinə, xarici ölkə səfirliklərinə, aparıcı telekanallara, siyasi təhlil mərkəzlərinə, KİV-lərə, kitabxanalara, işğal olunmuş rayonların icra orqanlarına və s. göndərilməlidir.
Ermənistan tərəfindən uzun illər ərzində atəşkəsin pozulmasını, bununla hər dəfə Azərbaycanın dinc əhalisinə və ordusuna qarşı hərbi təxribatın aparılmasını və ziyanın vurulmasını əks etdirəcək bu xronologiya toplusu düşmənin dezinformasiyalarını və ideya savaşını beynəlxalq miqyasda ifşa edən ən güclü sənədlərdən, təkzibolunmaz mənbələrdən biri ola bilər.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi