03-11-2013 [20:09]
Səhiyyə sistemində hökm sürən özbaşınalıqdan bəhs edən sonuncu yazım birmənalı qarşılanmadı. Yazı işıq üzü görəndən sonra bir həkim dostum elektron ünvanıma bu məzmunda məktub göndərdi: "Siz bizim hansı şəraitdə işlədiyimizi bilirsiniz? Xəstəyə sistem köçürəndə xadimənin döşəməni sildiyi taxta alətdən istifadə edirik".
Azərbaycanda səhiyyə ocaqlarının böyük əksəriyyətinin bərbad vəziyyətdə olduğu heç kimə sirr deyil. Xəstəxanaların çoxu kənd yerlərindəki uçuq-sökük daxmaları xatırladır. Sovet hökumətindən yadigar qalan bu tibb ocaqları sağlam insanı da xəstə edir. Ucqar kəndlərdə həkim çatışmır. İnsanlar bəzən adi xəstəliklərdən dünyasını dəyişirlər. Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlər çox vaxt mərhumun yaxınlarına başsağlığı verməklə işlərini bitmiş sayırlar. Rayon mərkəzlərində inşa olunmuş diaqnostika mərkəzləri adamın gözünü qamaşdırımaqdan başqa heç nəyə yaramır. Yəqin buna görədir ki, Səhiyyə nazirinin özü də əməliyyat olunmaq üçün bir müddət əvvəl Almaniyaya üz tutmuşdu...
Bir müddət əvvəl ANS-də "Açıq söhbət" verilişində qonaq olanda müğənni Vasif Məhərrəmli mənə demiş-di ki, jurnalistlər bizim paxıllığımızı çəkir. YAP-çı deputat Siyavuş Novruzov da tez-tez bu məntiqdən çıxış edir. Guya bizim kimi tənqidçi jurnalistlərin gözü Azərbaycanın inkişafını götürmür. Halbuki Azərbaycanın inkişaf etməsi hamıdan çox bizə lazımdır. Allah eləməmiş, sabah hansısa ciddi bir xəstəliyə düçar olsaq, ölüb burda qalacağıq. Siyavuş Novruzovdan fərqli olaraq, bizim nəinki xaricdə müalicə olunmağa, heç müa-yinədən keçməyə də pulumuz yoxdur. Ona görə də hər fürsətdə saçımızı yoluruq ki, ölkədə normal səhiy-yə xidməti yaradılsın və bizim kimi kasıb adamlar müalicəsi 100 il əvvəl tapılmış xəstəliklər üzündən ölüb getməsinlər.
Ötən yay ölkənin bir neçə rayonunda oldum. Kənd məktəbləri acınacaqlı durumdadır. Bu məktəblərin ək-səriyyətinə axırıncı dəfə 40 il əvvəl suvaq çəkilib. Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı müasir tələblərə cavab verən məktəblərin sayından iki dəfə çoxdur. YAP hakimiyyətdə olduğu 20 il ərzində təhsil və səhiyyə sistemində mövcud olan problemlərin 20 faizini də həll edə bilməyib. Sosial problemlərin məngənəsində çabalayan müəllimdən yüksək iş əmsalı gözləmək sadəlövhlük olardı. O cümlədən səhiyyə sistemindəki nöqsanlara görə yalnız həkimləri qınamaq da ədalətli yanaşma deyil. Yəqin buna görədir ki, yazının girişində bəhs etdiyim həkim dostum elektron ünvanıma göndərdiyi məktubu bu sözlərlə tamamla-mışdı: "Ayda 150 manat maaş alıram. Siz 150 manat məvacib alsanız, canı ilə əlləşən xəstənin başının üstündə səhərə kimi ayaq üstdə dayanarsınız?"
İndi Siyavuş Novruzov zəhmət çəkib, bu suala cavab versin. Yox, əgər cavab verə bilmirsə, yeri gəldi-gəlmədi iqtisadi inkişafdan danışıb, başımızı ağrıtmasın...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi