"Bir rəhbərin psixoloji durumu nə qədər zəifləyib ki..."- Sabiq nazir Belarusdakı gərginlikdən yazdı
17-08-2020 [16:04]
Saleh Məmmədov,
Professor, sabiq Maliyyə naziri
****
Belarusdakı vəziyyəti daimi izləmişəm, çunki, bu xalq bir neçə amillər üzrə mənə və mənim ölkəmə çox yaxındı.
Dünən Belarusda baş verən hadisələr isə ciddi nəticə cıxarmağa şərait yaratdı.
Bu nəticələr nədən ibarətdir və vəziyyətdən çıxışı mən necə görürəm:
1. Dünənki, həm Lukaşenkonun və həm də müxalifət qüvvələrinin mitinqləri çox maraqlı faktları üzə çıxardı, Belarus xalqının Lukaşenko haqqında düşündüklərini və qiymətini tam təsdiqlədi.
Azad mətbuatın hesablamalarına görə Lukaşenkanın mitinqində 3-4 min nəfər (bunun da böyük əksəriyyəti ), hökümət qüvvələrininn hesablamalarına görə 50 min nəfər (dünya, illah da Sovet adamları çox yaxşı bilir, necə hesab çıxarır belə anlarda hökümət) iştirak etmişdir, müxalifətin mitinqi insan selinə bənzəyirdi və bütün qiymətləndirməyə görə ən azı 200 min insan iştirak edirdi. Belarusda İT çox yaxşı inkişaf edib, hər hansı Data sayns proqramına bu informasiyanı Biq data kimi daxil etsə diktatora hər şeyi anlada bilərdi. Data sayns proqramları süni intelekt vasitəsi ilə bu məlumatları işləyib, riyazi model qurub, modelləşdirərək gözəl bir nəticə göndərə bilərdi.
Adi hesablamalar da göstərir ki, hətta Lukaşenkonun hesabı ilə götürsək meydana çıxan (200+50) min tərəfdaşların cəmi 20% Lukaşenkonun tərəfdarlarıdı. Xalq da onu deyir ki, Lukaşenkonun səsi maksimum 20% olub. Amma bu nəticə avqustun 9-da bütün inzibati gücünün istifadəsi zamanı ola bilərdi. Avqustun 16-da isə müstəqil medianın verdiyi məlumat daha düzgün kimi görünür. Avqustun 16-da keçmiş prezidentin reytinqi 1.5-2.0% keçməzdi. Belarusun data sayəntistləri bu məlumatları proqrama ötürüb və dəqiq nəticə ala bilərlər. Data sayəntist nə müxalifət tanıyır, nə iqtidar, əl-hazərat faktlara tabe olur və onların əsasında nəticəyə gəlir.
2. A. Lukaşenko Belarus xalqı üçün çox təhlükəli persondu, hətta Yanukoviçin Ukrayna üçün təhlükəsindən daha təhlükəlidir.
Bunu mən bir daha dünənki çıxışından aldığım məlumatlara əsasən deyirəm. Üç bəyanatını diqqətinizə çatdırıram:
2.1. Mən gələndə guya Belarus xalqı acından ölürmüş, məndən 20 dollar əmək haqqı istəyirmiş, daha nələr-millətə böyük minnət. Mən sizə hər şeyi etdim, amma .... Bir rəhbərin psixoloji durumu nə qədər zəifləyib ki, xidmətçisi olduğun millətə (həm də dünyanın ən ağıllı, innovativ, savadlı, zəngin torpaqların, ərazilərin sahibi olan millətlərdən birinə) belə gobud formada minnət qoyasan...
2.2. Mən ölsəm də, Belarusiyanı sizə verməyəcəm-çox qorxulu bəyanatdı, məni öldürəsi olduğunuz halda bu xalqa heç nə çatmayacaq. Bu adam Belarusiya sahibinə - xalqına qaytarmaq fikri yoxdur, hətta öldürüləsi olsa belə: bəllidir ki, bəd niyyəti var və o artıq bu bəd niyyəti kimlərsə də müzakirə etmiş kimi görünür.
2.3. Bu təlükəli tezisini açıqladı, kiminlə danışıb, öldürüləsi olsa Belarusiyanı kimə təhvil verəcək. Bir neçə dəfə demək olar ki, özünün vəziyyətində olan RF-nin başçısı V. Putinlə danışdığını bildirdi və Putinin istənilən an təhlükəsizliyin təmin olunması üçün onun harayına çatacağına söz verdiyini bildirdi. Sanki, körpə uşaq kimi, xalqı şikayət edəcəyi ilə hədələdi: atamı çağıraram sizin hamınızı "məhv edər". Kolxoz psixologiyası bu adamda tam fəaliyyətdə qalır. Lukaşenko başa düşməlidir ki, Rusiyanın ayağı dəyən yerdən bir daha ot bitmir. Xüsusilə, indiki vaxtda, hökümətlə böyük rus xalqı arasında uçurum yaranan vaxtı. Rusiya Ukraynaya, Moldovaya, Gürcüstana, Azərbaycana, Əfqanıstana, Suriyaya və s. necə kömək etdisə, eynisini Belarusa edəcək və Ukrayna variantı üzrə ssenari artıq hazırdı. Lukaşenkonun Belarus xalqına hazırladığı ssenari məhz bu variantdı. Belarus xalqı Rus xalqı ilə birlikdə bu ssenarinin qarşısını almalıdır. Rusiyanın prezidenti ilə rus xalqının arasındakı uçurum Lukaşenko ilə Belarus xalqı arasındakı uçurumdan daha dərindi.
3. Psixologiya elmi sübut edir ki, liderlər rəhbər vəzifələrdə iki müddətdən artıq səmərəli işləyə bilmirlər, hətta ən güclü liderlər belə ciddi deformasiya uğrayırlar.
Mənim tədqiqatlarım bu qipotezanın üç səbəbinin olduğunu göstərmişdir:
3.1. Belə vəzifələr böyük gərginlik, agır iş rejimi tələb etdiyindən liderlər psixoloji cəhətdən yorulurlar, əksər hallarda psixoloji depresiyaya uğrayırlar. Məhdudiyyətlər hələ Qədim Roma və Yunanıstanda tətbiq edilməyə başlamış və hazırda dünyanın əksəriyyət sivil ölkələrində tətbiq olunur. İkinci müddətdən sonra hər hansı liderin işini təhlil etsək görərirk ki, hətta ən yüksək iş nəticələri əldə edən liderlər ikinci müddətdən sonra gobud səhvlərə yol verir, səmərəlilik ciddi surətdə düşür, davranışı, psixoloji durumu pisləşir. Hətta ən güclü liderlər uzunmüddətli psixoloji gərginliyi sadə ötürə bilmirlər və belə gərgin fəaliyyətə psixolojo cəhətdən tab gətirə bilmirlər.
3.2. Gərgin iş rejimi belə insanları mütaliədən və özünü inkişafdan çox geri qoyur. Əvvəllər hökümətin ən yüksək eşalonunda çalışmış adam kimi bunu öz təcrübəmdə görmüşəm. Cari işlər, telefon, qəbullar, şikayətlər o qədər məşğul edir ki, insanı mütaliəyə, elmi fikirlərə, hətta sadə problemlərin həllini düşünməyə belə vaxt qalmır. İnsan innovasiyalardan, yeniliklərdən, səmərəli informasiya axınından çox geri qalır.
Nəticədə insan beyni mənəvi köhnəlməyə məruz qalır, köhnə ideyalarla fəaliyyət göstərmək məcburiyyətində qalır, bu da nəticə etibarı ilə idarə olunan obyektin zəifləməsinə və hətta bir çox hallarda dağılmasına səbəb olur.
3.3. Adətən belə liderlər xalqla, reallıqla əlaqəni itirdiyinə görə reallıq hissini də itirirlər. Ətraf eyni adamlar və adətən şəxsi mənafelərini düşündüyünə görə heç vaxt rəhbərə real situasiyanı açmırlar, daimi onları ya tərif, ya tamam reallıqdan izolyasiya edirlər. Nəticədə, belə liderlərdə özündən razılıq, müştəbehlik, xalq kütlələrinə yuxarıdan baxmaq, xalq sərvətini şəxsi kimi görmək və s. kimi zəif cəhətlər əmələ gəlir. Bu da yenə onların qəbul etdikləri qərarlarda ciddi səhvlərə və hətta, kollapsa gətirib çıxarır.
Bu üç çatışmazlığın üçünü də tam təzahürü ilə Lukaşenkoda gördüm. Bu səbəblərdən də Lukaşenkonun hakimiyyəti xalqa qaytarması labüddür, o dünən söylədiklərinə görə Belarus xalqından üzr istəməli və yanlış fikirlərindən yayınmalıdır.
Beynəlxalq ictimaiyyəti, xüsusilə dünya idarəetmə üzrə xüsusi öhdəlikləri olan inkişaf etmiş ölkələri, o cümlədən ABŞ, Kanada, Aİ, İsrail, Yaponiya, Cənubi Koreya, Sinqapur və s kimi ölkələri Belarusu Ukrayna kimi yalnız buraxmamağa və bu ölkəyə siyasi krizisdən çəxmaq üçün kömək etməyə çağırıram.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi