Zaman səssiz mişardır...
27-07-2020 [12:05]
İbrahim İsgəndərli
***
Zaman ˗ onunla düzgün davranmayanda çox amansız olur, səssiz mişar kimi heç nəyə məhəl qoymadan öz işini görür.
Bunu vaxtında dərk etməyənlər ˗ zəifləmiş və hisslərindən tükənmiş çağlarında mütləq bunu anlamış olurlar, lakin onda da bu deyinməkdən savayı heç nəyə yaramır. Bax bu tendesiyanı biz çox hörmətlə əzizləyib, illərboyu bir nəsildən o biri nəsilə sərhədləri bir azda genişləndirməklə ötürürük. Allah bilmirəm nədən bu xüsusiyyətləri bizlərə çox görmür? Yoxsa bizlər bu xüsusiyyətlərdən əl çəkmək istəmirik? Düşünürəm ki, ikincidir. Buna mənim zərrə qədər şübhəm yoxdur. Ola da bilməz. Bunu mənə keçdiyimiz tarix təsdiq edir. Hər bir kəs özünün yaşadığı ömür çağlarına bir nəzər yetirsin: bir vətəndaş kimi yaşadığı vaxtlarda millət, vətən üçün baş vermiş hər hansı bir hadisə bu günə qədər obyektiv, ədalətli formada öz həllini tapıbmı? Əgər tapıbsa, onda niyə biz bu gündəyik?
Faciəimiz ondadır ki, bütün millətlərin ziyalıları ən çətin anlarda hər hansı bir yolla həqiqəti xalqına sızdırmağa çalışdığı halda, bizdə isə əksinə çətin vəziyyət olmayanda belə həqiqəti gizlətməyə can atırlar. Sual olunur nədən?
4 iyun hadisələrindən görün neçə illər keçib? Hadisənin baş vermə səbəbini araşdırıb üzə çıxarmaq, günahsızı, günahkarı tapıb hüquqi qiymət vermək əvəzinə biz söz duelinə çıxıb, bir-birimizi üstü örtülü günahlandırırıq. İstər ziyalılar, istər siyasətçilər, istərsə də hüquq müdafiə təşilatları adi vətəndaş kimi heç bir konkret reaksiya belə vermirlər. Nədən? Axı zaman, yeni nəsil gözləmir. Nəticədə oxşar formalarda uduza-uduza, kiçilə-kiçilə gedirik.
Son günlərdə eks-spiker R.Quliyevin 4 iyun hadisələrinə münasibətini oxuyanda mən bir insan kimi dəhşətə gəldim. İlahi biz necə ayaqda dururuq? Buna səbəb nədir? Keçmiş Baş nazir, Milli Məclisin sədri bu gün elə danışır ki, 10-cu sinifin şagirdi bu cür məsuliyyətsiz formada danışa bilməz. R.Quliyev (Baş nazirin keçmiş birinci müavini) açıq-aşkar deyir ki, bu hadisələrin birbaşa səbəbkarı İsa,
Pənah və onlar kimi şəxslərdir. Görünür bizim o qədər beynimiz piylənib ki, bu cür yanaşmalara tükümüz belə tərpənmir.
Niyə biz ən azı bu şəxsləri sağ çağlarında bir yerə gətirib həqiqəti ortaya qoya bilmirik. İstər jurnalist olsun, istər dövlətin hüquq mühafizə orqanları. Axı zaman bizi gözləmir. Sabah bu şəxslər həyatda olmayanda kim danışcaq? 4 iyun hadisələrində birbaşa məsuliyyət daşıyan şəxslər həyatda olmayanda lap yüz ekspert olsun həqiqəti ortaya qoya biləcəkmi? Əsla. Məhz bu zamanın bizə verdiyi dərsdir. Amma nədənsə bu dərslərdə biz sinifdə qalırıq. Yenə təkrarən xatırlatmaq istəyirəm 4 iyun hadisələri zamanı o vaxt Baş nazirin müavini olmuş, kifayət qədər ictimai-siyasi həyatda nüfuzu olan eks-spiker R.Quliyevin söylədiyi fikirlərə (millət, vətən) anlayışlarını dərk edən hər bir şəxs buna biganə qala bilməz. Qalarıqsa faciə burulğanından heç vaxt kənara çıxa bilmərik. Hələ ki, bu şəxslərin hamısı sağdır, ən azı millət, xalq, gələcək naminə bizlər bu insanların bu hadisənin əvvəlində və sonunda kim olduqlarını bilib, həqiqəti xalqa bildirməliyik ki, gələcək nəslin yükü bir az yüngünləşsin. Əgər bunu bizlər etmiş olsaq, onda əxlaq, ləyaqət, şəxsiyyət, vətənpərvərliyin dəyərini daha geniş anlamış olarıq. Onda hər kəs öz cəzasını anlaya bilər, hər dəfə siyasi marafon dövründə öz yaramaz xülyaları ilə cəmiyyətin atmosferasını korlamazlar...
Bu mənim yanaşmamdır: əgər bizlər 4 iyun hadisəsini (1988-1993) araşdırıb əsl həqiqətləri müəyyənləşdirməsək, bu gün və gələcəkdə baş verəcək məsələlərdə sinifdə qalacağıq. Nəticədə bu illərdə baş verən hadisələrin qaranlıq notlarını bilmədən tarixboyu bizlər kor kimi yaşamalı olacayıq. Bu bir aksiomadır.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi