Cibində pul yoxdur ki, arvada deyəsən...
02-07-2020 [20:57]
Samir FEYRUZOV
***
Aha, daxilən çapılmış, bağırsaqları sümüklərinə dolaşan KİŞİyə bax! Səhər yuxudan durub yemək yeməlidir, 4 uşağın nəriltisi, hamısının tualet-hamamı, geyimi var hələ.
Cibində də pul yoxdur ki, “arvad, yemək gətir” deməyə cəsarətin çata! Şalvarı əyninə bir təhər keçirib balkona çıxır, bir siqaret yandırıb başlayır içini bir də dişləməyə, yeməyə. Aha, bu da səhər yeməyi...
İt oğlu, elə sənə bu da azdır. Pencəyini geyinib evdən rədd olsan, daha yaxşıdır. Nəinki evdə xoşbəxt olmaq, sənə heç ailənlə bir süfrədə oturmaq da yaraşmır. 4 uşağa iki yumurta, hünərin varsa, götür də birini, bunu da edə bilməzsən. Özünü bir təhər işə çatdırmalısan, amma necə? Evdən çıxmaq, evə qayıtmaq var axı. İkiüzlü pencəyinin qara üzünü çevirib əyninə keçirir və məhləyə düşür. İndi hünərin varsa, qonşu Əhmədin ərzaq mağazasının qarısından keç. Əhməd də nisyə dəftərini pencərəyə yapşdırıb elə bil. Qorxma, axmaq vətəndaş, keç görüm! Hələ işdə səni nələr gözləyir, bunun evə qayıtmağı da var. Evə gələndə arvadın sifarişlərini də alıb gətirməlisən, AY SƏFEH ƏR!
Telefonuna zəng də çatmır, “blok”a atmadığın adam, borclu olmadığın bank qalmayıb, niyə öldürmürsən özünü, ay axmaq müştəri, bivec dost! Nə isə, rədd ol başımızdan, xoşbəxt olmağı bacarmadınsa, heç olmasa, adam kimi bədbəxt olmağı bacar, BƏDBƏXT ADAM!
Və... Vallah, novella da deyil bu ölkə, sonu cəhənnəmə bu nağılın, heç əvvəli necə başlayır, onu da bilmirik. Bütün bu vəhşətlərdən sonra həmkarın sənə zəng edərək, Mirzə Fətəli Axundovun mobil nömrəsini istəyir. Nə təhər sınırsansa, 142 il bundan öncə ölən M.F.Axundovun yaşayıb-yaşamadığı daha səni də maraqlandırmır.
Bircə sual verməyə gücün çatır:
- Neynirsən Axundovun nömrəsini?
- Müsahibə alacam. Sən Allah, çalış, “baksel” nömrəsi olsun!
Müəllimi alt paltarında gizlətdiyi bülletenlərlə seçki qutularını dolduran, o qutulardan boylanan, yaxasında Azərbaycan bayraqlı, bığlı-mığlı, döşlü-başlı, həmişə haqlı deputat kişilərin yaşadığı ölkənin ağzı sümüklü it yerinə qoyulmayan vətəndaşı! Niyə utanmırsan, AY ALÇAQ VƏTƏNDAŞ! Qadın alt paltarından boylanan deputatın seçicisisən də! Knyaz Volkovskinin qiymətləndirdiyi bədbəxt, zavallı İxmenev qədər deyilsiniz. Alyoşanı tərbiyə etməyi burax e, heç öz uşaqlarınızı da tərbiyə etmək haqını sizə verməyiblər. Vanyanın iti də bizdən daha xoşbəxt şəkildə öldü. Adam kimi ölən it hara, it kimi ölən adam hara!?
İntihar məktubu yazıb, o məktubu 7 yaşlı qızının məktəbli çantasına qoyub evdən çıxırsan. Sən kimi öldürürsən, ay qatil ATA! Ozünümü, qızınımı? Onsuz da sən bivecsən, əşyasan, özün bu cəhənnəmdə var-gəl edirdin də, NİDA (!) kimi əyilməz ola bilmirdinsə, bütün ömrünü SUAL (?) işrarəsi ilə keçirməyə məcbur olan bir körpənin bu leş qoxuyan dünyaya gəlməsinsə niyə vəsilə olurdun? Bakıya hündürdən, çox hündürdən, məsələn, balANS-ı pozulan telekanalın həyətindən baxmısanmı? Nə qoxuyur bu şəhər? Günah, xəyanət! Bax, diqqətlə bax bu şəhərə... Bu yanan işıqlar içində bircə işığın varmı? Yanmır! Di, get indi xoşbəxt ol!
30 illik iqtidarın yalağı, 30 illik müxalifətin balağı! Bədbəxt “90”lar və zavallı “80”lər! Qarabağı da siz xilas etməlisiniz, siz şəhid olmalısınız, atalarınız övladsız, övladlarınız atasız qalmalıdır. Ki, ötən əsrin 40-cı, 50-ci, 60-cı illərində doğulub Qarabağ problemini bizə miras qoyanlar rahat yaşasınlar. Sizin arvad-uşağınız bir tikə çörəyə, dar mənzilə mohtac olmasa, onların arvad-uşaqları mal-mülk sahibi ola bilməyəcəklər.
Hamı koronavirusdan ölür, bircə adam da ölmür ki, yas saxlayasan. Necə gözəl olardı: xəstələnə, xəstəxanaları bir-bir gəzdirib həkimləri yedirdəsən, sonda xırıldaya-xırıldaya ölə, yuyub kəfənə bükəsən, aparıb qəbrə qoyasan, borc-xərcə girib kondisionerli yas palatkası gətirib mərasim təşkil edəsən, heç vaxt inanmadığın mollanın “şabül-mənazişi-cənnətü-insan” moizəsinə qulaq asasan, bir ağ palatkaya, bir də yasa gələn insanların üzünə baxıb şeşələnəsən. Elə-belə deyil, insanın yaxını öləndə 3 günlük də olsa, o biri dünyaya inanır, “bə zəbər bəəə, tə zəbər tə” deyən molla bunu sənə inandırmağı da bacarır.
İndi hamı rus general Suvorovun “batınka”sının ölçüsünü də, Hitlerin silahının markasını da bilir, amma birinin “batınka”sı, o birinin silahı qədər vətəndaş ola bilmir. Piter Drakerin bu sözlərini dönə-dönə oxuyun:
“Nəyə görə Qərb-xristian dövlətləri Şərq-müsəlman dövlətlərindən daha çox inkişaf edib? Qərblilərin maaşı da, həyat şəraiti də şərqlilərin maaşından, həyat şəraitindən üstündür. Səbəb nədir? Ona görə ki, Şərq-müsəlman dövlətlərində VƏTƏNPƏRVƏRLİK, Qərb-xristian dövlətlərində də isə, VƏTƏNDAŞLIQ hissləri daha çox inkişaf edib. Vətənpərvərlik – vətən uğrunda düşünmədən ölümə getməkdir, vətəndaşlıq – vətən uğrunda düşünərək qurub yaratmaqdır”.
İndi düşünün, bizə hansı lazımdır, vətənpərvərlikmi, vətəndaşlıqmı? Bəlkə elə hər ikisi...
Və... Çalışın, heç olmasa, adam kimi bədbəxt olmağı bacarın, onsuz da bu ölkədə xoşbəxt olmaq bədbəxt olmaq qədər bədbəxtlikdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi