"Real Madrid"in keçmiş vitse-prezidenti koronavirusdan ölüb

img

05-05-2020 [23:13]


İspaniya "Real Madrid"inin keçmiş vitse-prezidenti Amador Suares 76 yaşında koronavirusdan ölüb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabiq funksioner bu xəstəliyə 40 günlük mübarizənin yekununda təslim olub.

Suares 2006-cı ildə paytaxt təmsilçisinə direktor, 2007-ci ildə vitse-prezident təyin olunub. 2009-cu ildə isə o, postunu tərk edib.

Qeyd edək ki, martda koronavirus infeksiyasından "Real Madrid"in keçmiş prezidenti Lorenso Sans dünyasını dəyişib. Kluba 1995 - 2000-ci illərdə rəhbərlik etmiş Sans da 76 yaşında vəfat edib.   


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA