Qurban Qurbanov küsüb?

img

03-04-2026 [10:43]


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin üzvü olan məşqçi ardıcıl ikinci ildir ki, bu tədbirdə iştirak etmir. 

Xatırladaq ki, çalışdırıcı ötən il də keçirilən hesabat konfransına qatılmamışdı. AFFA-dan saytımıza bildirilmişdi ki, Q.Qurbanov komandasının “Kəpəz”a qarşı keçirəcəyi oyuna görə Tovuza yollandığı üçün iclasda iştirak etməyib. Qurban Qurbanov həmçinin İcraiyyə Komitəsinin iclaslarına qatılmamaqla da gündəmə gəlmişdi. Lakin o, sonuncu komitə iclasında iştirak etmişdi.

Qeyd edək ki, bu gün “Qarabağ” Azərbaycan Kubokunun 1/2 finalında “Sabah”la qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA