AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)

img

03-04-2026 [12:03]


AFFA-nın keçən ilin yekunlarına həsr olunan bugünki konfransında 35 nəfər üzvdən 33-ü iştirak edib.

Mia.az xəbər verir ki, qurumun baş katibi Cahangir Fərəcullayev konfransın sədri olub. 

Daha sonra məruzəçilər,  AFFA prezidenti Rövşən Nəcəf, maliyyə və mühasibatlıq departamentinin rəhbəri Emil Nəcəfov, "Orion Consulting" MMC-nin müstəqil auditoru Əşrəf Hüseynov, futbolda təhsilin rolu ilə bağlı Nigar Nəsrullayeva, FİFA regional meneceri Marion Gavat və Cahangir Fərəcullayev çıxış edib. 

Qeyd olunub ki, futbol idarəçiliyi və institusional inkişaf üzrə perspektivlər daima diqqətdə saxlanılır.

Akademiyaların quruculuğu sahəsində klublara davamlı dəstək göstərir. İl ərzində davam edən məktəbli layihəsinə 68 bölgədə 30 mindən yuxarı uşaq cəlb olunub. 

Daha sonra qurumun keçən ilki büdcə xərclərinə dair məlumat açıqlanıb. Konfrans üzvləri maliyyə hesabatını və audit rəyini yekdilliklə qəbul edib.

Daha sonra medianın sualları cavablandırıb.

***

Bu gün Marriott Buelvard hoteldə AFFA XXXIV hesabat konfransını keçirir.

Mia.az xəbər verir ki, ənənəvi tədbir qurumun il ərzində həyata keçirdiyi fəaliyyətin və maliyyə xərclərinin açıqlanmasına həsr olunub.

Keçən ilki hesabat konfransında həmçinin AFFA İcraiyyə Komitəsinin üzvlərinin seçkisi baş tutmuşdu.

Üzvlər 2 illik təyin edildiyi üçün bu gün yalnız onların fəaliyyətinin hesabatı dinləniləcək.

Tədbir həmçinin cari məsələlərin müzakirəsini nəzərdə tutur.

Zülfiyyə Mustafayeva 
Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA