"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib

img

02-04-2026 [22:14]


İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrail tərəfindən Tehranda Pasteur İnstitutunu bombalaması ilə bağlı beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, çağırışında deyib: 

“Ümumdünya Səhiyyə Təşkilatı, Qırmızı Xaç Təşkilatı, Sərhədsiz Həkimlər Təşkilatı və dünyanın bütün həkimlərini bu tibbi müəssisəyə qarşı cinayətə qarşı səslərini ucaltmaya çağırıram. Hər kəsdən soruşuram: xəstəxanalara, əczaçılıq şirkətlərinə və tibbi tədqiqat mərkəzi olan Pasteur İnstitutuna edilən hücum hansı mesajı verir?”.

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA