İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”

img

03-04-2026 [00:14]


“ABŞ-İsrailin mülki infrastrukturla hücumları xalqın iradəsini qıra bilməz. Əksinə, bu, ABŞ-ın nüfuzuna qalıcı zərbə olacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-ın dünən körpülərə zərbə endirməsinə münasibətdə deyib.

Nazirin sözlərinə görə, bu cür hərəkətlər hərbi uğur deyil, zəifliyin əlamətidir: “Körpülər və digər mülki tikililərə zərbə vurmaqla iranlıların təslim olmağa məcbur etmək mümkün deyil. Bu, dağınıq düşmənin məğlubiyyətini və mənəvi çöküşünü əks etdirir. Hər körpü və hər bina daha güclü şəkildə yenidən qurulacaq. Əsas zərbə isə ABŞ-ın bu cür davranışlarla itən və heç vaxt bərpası mümkün olmayacaq nüfuzunadır…”

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA