Sabah hava necə olacaq? - Proqnoz

img

03-04-2026 [12:49]


Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA