ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında 

img

03-04-2026 [09:57]


İranda ABŞ-a məxsus daha bir F-35 qırıcısı vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı İran İnqilab Keşikçiləri Korpusu yayıb.

Qeyd edilib ki, hava hücumundan müdafiə sistemləri İranınn mərkəzi bölgəsində F-35 qırıcı təyyarəsini vurub: "İran İnqilab Keşikçiləri Korpusunun qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən ölkəmizin hava məkanında Amerika istehsalı olan qabaqcıl F-35 qırıcı təyyarəsi məhv edilib. Bu, son  12 saatda vurulan ikinci qırıcı təyyarədir”.

Məlumatda təyyarənin tamamilə məhv olması səbəbindən pilotun taleyi ilə bağlı hələlik məlumat alına bilmədiyi qeyd edilib.

Vurulan təyyarənin görüntüləri ölkə mediası tərəfindən paylaşılıb.

Vurulan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin də yerləşdiyi Böyük Britaniyadakı Lakenheath Hava Bazasında yerləşən eskadrilyaya aid olduğu bildirilib.

Xatırladaq ki, İran 19 martdada  ABŞ-ın F-35 təyyarəsini vurduğunu elan edib.

Firudin Səfərli
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA