UEFA rəsmisi: "Avrokuboklarla bağlı alternativ ssenarilərimiz var"

img

05-05-2020 [21:27]


"Avropada koronavirusla bağlı vəziyyəti diqqətlə izləyirik".

Bunu qurumun Milli assosiasiyalar departamentinin prezidenti Duşan Lakoviç "Football Italia" nəşrinə açıqlamasında avrokubokların mümkün bərpası barədə danışarkən deyib.

O bildirib ki, UEFA-nın Çempionlar Liqası və Avropa Liqasını başa çatdırmaq üçün müxtəlif variantları var: "Bütün federasiyalar və klublar üçün açıqladığımız hazırkı ssenari turnirlərin avqustda davam etməsi və ayın sonunda keçiriləcək final oyunlarıdır. Bu, qüvvədə qalır, onun əsasında işləyirik. Ümid edirik ki, dəyişiklik olmayacaq, amma bu halda alternativ ssenarilərimiz də var. Məqsədimiz mövsümü bitirməkdir".

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA