UEFA AVRO-2020-nin finalına alınmış biletlərin pullarını geri qaytarır

img

05-05-2020 [18:54]


AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər.

Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA