AFFA 4-cü əvəzetmə üçün FIFA-ya müraciət etdi

img

05-05-2020 [15:39]


AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib. 

Bu barədə "Report"a assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. 

Hələ müraciətə cavab verilmədiyini deyən milli assosiasiya rəsmisi ali futbol qurumunun yaxın günlərdə öz mövqeyini bildirəcəyinə əminlik ifadə edib. O, belə addımı futbolçuların fiziki baxımdan çətinliklərlə üzləşməməsi üçün atdıqlarını əlavə edib.  

F. Abdulla çempionat bərpa ediləcəyi təqdirdə, oyunların yay aylarında təşkil ediləcəyini nəzərə alaraq, bu istəklə çıxış etdiklərini vurğulayıb. Onun sözlərinə görə, belə bir şəraitdə qarşılaşmaların axşam saatlarında təşkili qaçılmaz olacaq. Üstəlik, futboluların fiziki baxımdan çətinliklərlə üzləşmə ehtimalı böyükdür. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA