Azərbaycan millisinin futbolçusu karantinə alındı

img

05-05-2020 [13:48]


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.

"Report" II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna analiz zamanı komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.

"Ertsgebirge"nin üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov "Ertsgebirge"nin formasını 2016-cı ildən geyinir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA