İtaliya klublarının məşqə başlamalarına icazə verilmədi

img

04-05-2020 [10:55]


İtaliyanın idman naziri Vinçentso Spadafora futbol klublarının mayın 18-dək məşqləri bərpa edəcəklərinə dair xəbərləri təkzib edib. 

Nazir bu barədə özünün "Facebook" səhifəsində yazıb. Bəzi qəribə xəbərlər gördüyünü bildirən Spadafora hazırda futbolla bağlı fikirlərində heç nəyin dəyişmədiyini söyləyib: "Komandalar hazırlıqlarını mayın 18-dək bərpa etməyəcək və mövsümün bərpasından da söhbət getmir".

Nazir vurğulayıb ki, hazırda digər idman növlərinə diqqət yetirməyi üstün tutardı. Onun sözlərinə görə, yaxın gələcəkdə idman və sağlamlıq mərkəzləri yenidən açıla bilər. 

Qeyd edək ki, İtaliya A Seriyası koronavirus pandemiyasına görə dayandırılıb. Daha öncə bir neçə klub bu həftədən məşqləri bərpa edəcəklərini açıqlayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA