"Yedikləri yeməklər..." - Burak Yılmaz Çin xalqından üzr istədi

img

28-04-2020 [17:36]


Türkiyə millisinin və "Beşiktaş" klubunun futbolçusu Burak Yılmaz Çin xalqından üzr istəyib. 

35 yaşlı hücumçu sosial şəbəkədə bir neçə gün öncə verdiyi  açıqlamaya  - https://mia.az/w988252/988252 görə üzrxahlıq edib. 

Təcrübəli forvard İki ilədək çıxış etdiyini Çində çox yaxşı münasibət gördüyünü bildirib: "Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul olunduğunu söylədim. Bu səbəbdən, digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dilə gətirdim. İstəmədən də olsa, qəlblərinə toxunduğum üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm". 

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində Türkiyədə "Fənərbağça", "Trabzonspor" və "Qalatasaray" klublarının da formasını geyinib. O, 2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA