İtaliyada futbol oyunları nə vaxt başlayacaq?

img

28-04-2020 [14:54]


İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yaranan fasilədən sonrakı bərpası üçün son tarix müəyyənləşib.

Məlumata görə, çempionat iyunun 14-dək başlamalıdır.

A seriyası bu tarixi son bərpa günü təyin edib. Həmin tarixədək yarış bərpa olunmasa, davam etdirilmədən başa çatacaq.

Futbolçulara formalarını bərpa etmək üçün 4 həftə lazım gələcək. Lakin hələlik məşqlərə icazə verilməyib.

Qeyd edək ki, təşkilatçılar mayın 1-də ödənilməli olan telayayımla bağlı son vəsaitin daxil olmamasından da ehtiyatlanır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA