"Ay əclaf, qadının kimliyinin sənə nə dəxli var?"
25-04-2020 [22:41]
Seymur VERDİZADƏ,
Yenisabah.az-ın Baş redaktoru
***
- Səfurə, o toyuğu bişirəndə, məni də çağırarsan...
Avtobusda qabaq oturacaqda əyləşən qadının cır səsi salonu başına götürmüşdü. İçəridə adam az olduğu üçün mən onun nə dediyini aydın eşidə bildim: “Ay qız, əlindən alan yoxdur. Səni televizorda özüm görmüşəm. Yardımın “karobka”sını elə qucaqlamışdın ki, guya əlindən alacaqlar. Dana bilməzsən, səni iki dəfə göstərdilər...”
Səfurənin kim olduğunu dəqiq bilmirəm. Bildiyim bircə odur ki, cır səsli arvadın təbirincə desək, həmin qadına bir “karobka” ərzaq yardımı göstəriblər. Yardım göstərənlər Səfirənin üzünü iki dəfə göstərdikləri üçün dost-tanış, qohum-qardaş, nəinki yaxın, hətta uzaq yoldaş da bu ailənin sıxıntı içərisində yaşadığını görüb və bilib. Bəlkə həmin qadını mən də görmüşəm. Çünki telekanallarımız bir gündə bir neçə dəfə bu cür süjetləri efirə verirlər.
Yadıma üç-dörd il əvvəl səfeh tanışlarımdan birinin öz dostuyla etdiyi zarafat düşdü. Biz Milli Parkda çay içib söhbətləşəndə, o, qəfildən dostuna zəng etdi: “Asim, əti tək yemə. Məni də kabab qonaqlığına çağır”.
Biz onu tərs-tərs süzəndə, belə cavab vermişdi: “Asim dostumdur. Dünən onlara qurban əti veriblər. Bir az zarafatlaşmaq istədim”.
Jurnalist marağı güc gəldiyi üçün soruşmağı özümə borc bildim: “Sən hardan bilirsən ki, onlara qurban əti veriblər?”
Belə cavab verdi: “Televizorda göstərdilər”.
Dünən özəl telekanalların biri ehtiyacı olan ailələrə ərzaq yardımı aparmışdı. Darısqal, təmirsiz mənzildə yaşayan çoxuşaqlı ailə ilə canlı bağlantı qurulmuşdu. Ata, ana və dörd uşağı telekanalın gənc əməkdaşının qarşısında dik dayanmışdı.
Studiyadakı aparıcı yardım aparan müxbir vasitəsilə gic-gic suallar verib, camaatın zəhləsini tökürdü. Həmin vaxt məni aparıcının səviyyəsindən çox kamera qarşısında boy-boya düzülmüş uşaqların gələcəyi maraqlandırırdı. Niyə həmin uşaqların sinif yoldaşları bilməlidir ki, onların ailəsi makarona, vermeşelə, qarabaşağa möhtacdır? Apardığınız ərzaq bağlamasını qapının ağzında verib geri qayıtsaydınız, canınız çıxacaqdı?
Bu, hələ hamısı deyil. Ötən həftə daha acınacaqlı mənzərənin şahidi olmuşdum. Yenə telekanallardan birinin əməkdaşı hansısa imkansız ailəyə yardım aparmışdı. Evin sahibəsi olan yaşlı nənə yaşmağını burnunun üstünə qaldırmışdı. Qadının başında qara kəlağayı olduğu üçün bircə gözləri görünürdü. Müxbir iki ayağını bir başmağa dirəmişdi ki, üzünü aç görək sən kimsən. Aydın məsələdir ki, qadın utandığı üçün üzünü göstərmirdi. Həmin vaxt o müxbir əlimə düşsəydi, iki kəlmə deyəcəkdim: ay əclaf, qadının kimliyinin sənə nə dəxli var? O arvadın nəvə-nəticəsi bircə dəfə sənin nənənin kimliyilə maraqlanıb? Apardığını verib, niyə sürüşmürsən?
Koronavirus dünyada 126 milyon insanı işsiz qoyub. Azərbaycanda da iş yerini itirən, quru çörəyə möhtac olan minlərlə insan var. Bu adamlara kömək etmək hər birimizin borcudur. Amma elə edək ki, axırda “gördüyünüz iş başınıza dəysin” deməsinlər...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi