AFFA  hakimlərə kompensasiya ödəyəcək

img

16-04-2020 [16:56]


AFFA 2019-cu ilin yayından hakimlik edən şəxslərə koronavirus pandemiyası üzündən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.

Bunu AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, bu, hətta o vaxtdan oyun idarə etməyən referilərə də şamil olunacaq: "Çünki hazırda çempionatların dayanması onların günahı deyil".

F.Ştuxlik Azərbaycanda hakimlərin 95 faizinin qonorar hesabına dolandıqlarını xatırladıb: "Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA