VAXTI DİRİLDƏN KİTABLAR
12-04-2020 [16:53]
Məhəmməd Talıblı
***
Koronovirus pandemiyası dinamik həyatı durdurub. Həyat sükunət halında. Ritmik həyat tərzi keçirən insanların cansıxıcı mesajlarını hər yerdən oxuyuruq. İnsanlarımız koronovirusun istisnasız olaraq bütöv toplumu evlərə qatmasından darıxdıqlarını dilə gətirirlər.
Amma bununla yanaşı təmkinli insanlarımızın da səbrli davranışlarını eşitmək olduqca xoşdur və sevindiricidir. Belə insanların evdəqalmaları onların yarımçıq qalmış işlərinə məlhəm olması ilə bağlı düşüncələrini dinləyirik. Bu münasibətlərdən ali və adi insan təsnifatın rahatlıqla ayırd etmək olar. Necə?
Müdrik insanların sözüdür: adi insanlar vaxtlarını necə öldürmək, ali insanlar isə vaxtlarını necə qazanmaq haqqında düşünərlər. Platon günlərin birində tələbələrinin qumar oynadığını görüş ona bərk əsəbləşir.
Tələbələri sevdikləri müəllimlərinin belə əsəbləşməsindən əndişilənərək ona, “müəllim, kiçik bir şeyə görə niyə belə əsəbləşirsiniz?” soruşurlar. Platon cavabında tələbələrinə deyir ki, mən sizin uduzduğunuz pula yox, itirdiyiniz vaxta üzülürəm.” söyləyir.
Psixoloji olaraq hər zaman belə olur: insanlar nəyə çox tələsirlərsə, ona daha gec nail olurlar. Nəyi sürətlə yaxınlaşdırmaq istəyirlərsə, ondan bir o qədər uzaqlaşırlar. Nəyin zaman baxımından daha sürətlə ötüb keçdiyini arzu edirlərsə, onların zaman qatarının daha çox gecikdiklərini hiss edirlər.
Darıxan insanlar təkcə özünə əlavə gərginlik yaşatmır. Özünə lazım olduğundan çox yük daşımır. Özü darıxdıqca ətrafını da darıxdırmağa başlayır. Maraqsız insanlar kütləsi beləcə yaranır. Maraqlı insanlar isə əksəriyyətin səbri aşıb-daşanda belə o, hələ “qaynama” həddinə yaxınlaşmadığını zənn edir. Mənəvi-psixioloji müvazinətini qoruyub saxlayır.
Gerçəkdən müasir texnologiyalar insanlarımızı əsir etdi. Mobil telefonlar, planşetlər, elektron kitablar insan ruhunu çərçivələndirdi. İnsan ruhundakılarını texnologiyaların üzərinə keçirməklə özlərini tənhalıq döngəsinə istiqamətləndirdi. Ətrafında insan seli, amma özü tənha. Tənhalıq labrintində ilişib qalan insanların psixoloji müvazinəti bunu dözmədi. Ruhi xəstələr, psixi travmalar və intihar meylləri daha çox artdı.
Zamanla üz-üzə qalan insan həm zamanı çək-çevir edir, həm də özünü. Həm keçmişi təftiş edir, həm də gələcəyi dərk etməyə çalışır. Həm yaşadığı keçilmiş tarixi retrospektiv təhlil edir, həm də perspektivi dəyərləndirmək istəyir. Bizə bu fürsəti verən dinamik həyatımız deyil, daha çox indiki statik həyatımızdır. Canlı olmayan həyatında öz üstünlükləri var. Bir ibrətamiz əsərdə olduğu kimi: ölmüş itin pis iyi olduğu kimi, ağappağ dişləri də olur...
Bu gün koronovirus pandemiyasını özünə yük bilən bilim insanları zaman gələcək bu mühüm fürsət pəncərəsinin bizlərə tanıdığı indiki günlər üçün çox heyfslənəcək. Bu günləri xəyal kimi xatırlayacaqlar. İş həyatlarımızı evlərimizə köçürdük. Ofislərdə gördülən işləri, universitet auditoriyalarda söylədiyimiz dərslərimizi evlərimizə gətirdik. Yollardakı zaman itkilərimizi islah etdik. Tıxacların əsəblərimizi az qala tarıma çəkdiyi günləri geridə qoyduq. Vaxtı ilə bizim saatlarla qaldığımız bu tıxaclı yollarda indi quşlar uçuşur. İnsan selindən yorulan prospektləri indi yeli çevrilmiş dəyirman kimi şəkillərdən görürük. Bir sözlə gözümüzün qarşısında nəinki bütün dünya, hətta yaşadığımız şəhər belə əriyir. Həyat şərtləri dəyişir. Bircə ümidimiz var: “bəlkə də qaytardılar”...
Amma zaman fürsətini heç kim qaytara bilməyəcək. İşıqlı insanlardan birinin söylədiyi “gündüz özlərini hazırlamayan insan, gecə qaranlıqda qalmağa razı” fikri indi olduqca aktual səslənir. Gecəli-gündüzlü oxumalıyıq ki, az qala qaramata dönmüş dünyamızı işıqlı nəzərlərimiz rövnəqləndirsin. Əks halda nə batili, nə zahiri qaranlıq olan dünyada yaşamaq çox çətin olar.
Əminəm ki, kitab oxumayan mənzillərdə belə hər yer qaranlıq rəngdə insanların üstünə gəlir. Bəlkə də buna görədir ki, insanlar işıqlı mənzillərdə belə qaranlıq xarabalıqlardakı kimi ilişib qalır. Montesquye yazırdı ki, kitab oxumağı sevmək, həyatdakı sıxıcı saatları gözəl saatlarla əvəzləməkdir.
Mənim bəlkə də heç xoşlamadığım fikirlərdən biri budur: boş vaxtlarımda kitab oxuyuram. Ola bilsin ki, çilingər qardaş, dərzi bacı, Məmmədhüseyn əmi, Fatmanisə xala belə düşünə bilər. Amma bir elm insanı, təhsil işçisi, tələbə, öyrətmən belə düşünə bilməz. Və düşünməməlidir. Çünki kitab oxumaq boş zaman işi deyildir!
Boş zamanın içinə daha dərin ağıl yerləşdirmək üçündür. Kitab oxumanın nə zamanı, nə də yaşı vardır. Zaman əlimizə düşdü düşmədi, fərq etmir, oxumalıyıq və cəmiyyətimizi aydınlatmalıyıq. İlk növbədə isə özümüz aydınlamalıyıq. Aydınlanan insan isə vaxtı necə öldürməyi yox, kitab oxumaqla öləcək vaxtı necə diriltməyi öyrənəcək.
P.S. Koronovirus pandemiyası zamanı #evdəqal kampaniyası üçün yazdım.
MİA.AZ
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək