Türkiyə millisinin futbolçusu karantinə götürüldü

img

09-04-2020 [14:45]


Türkiyə millisinin futbolçusu Yunus Mallı karantinə alınıb.

Mia.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi klubu "Yunion Berlin"in məşqlərinə qatılmayıb.

Baş məşqçi Urs Fişer futbolçunun evində karantinə alındığını təsdiqləyib. Lakin o, oyunçunun koronavirus pandemiyasına yoluxub-yoluxmadığını bildirməyib. Videogörüntü vasitəsilə bəzi media nümayəndələrinin suallarını cavablandıran çalışdırıcı Yunusun nə üçün karantinə alındığını açıqlamayıb.

Qeyd edək ki, Yunus Mallı "Yunion Berlin"ə bu ilin əvvəlində digər Almaniya klubu "Volfsburq"dan icarəyə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA