VİCDAN
01-04-2020 [16:53]
Sevindik Kərimli
***
Sabahkı tədbirə görə universitetdə ciddi hazırlıq işləri gedirdi. Uşaq evində görüşümüz var idi. Müəllim və tələbə heyyətimiz hər şeyin yüksək səviyyədə olması üçün əlindən gələni edirdi.
Mən də üzərimə düşən işi məsuliyyətlə yerinə yetirmək üçün əlimdən gələni etməyə çalışırdım. Uşaqlar üçün müxtəlif hədiyyələr almışdıq. Oyuncaqlar, paltarlar, ayaqqabılar, xülasə, uşaqların bəyənəcəyi hər şeydən almışdıq. Doğrusu birinci dəfə idi ki, uşaq evində olacaqdım, həm mənə maraqlı gəlirdi, həm də bir az həyəcanlı idim. Uşaqlarla necə davranacağımı bilmirdim. Hər halda birinci dəfə idi.
Uşaqlarla görüşümüz saat 10-da baş tutmalı idi, daha doğrusu tədbir saat 10-a planlaşdırılmışdı. Biz isə 1 saat əvvəldən gedib bəzi yarımçıq qalan işləri görürdük, uşaqlar üçün səhnəcik düzəltmişdik, musiqili çıxışlar və teatr səhnəciyimiz olacaqdı.
Vaxt tamam oldu və müəllim uşaqları tədbir keçirilən zala gətirdi. Onları görəndə içimdə qəribə bir hiss baş qaldırdı, adi sözlərlə ifadə edə bilməyəcəyim bir hiss. Uşaqlar elə sevimli, elə şən idilər, sanki dünyanın bütün gözəllikləri bu məsum uşaqların üzündə cəmləşmişdi. Doğrusu bir az pis oldum, bu cür günahsız körpələri kim hansı ağılla atıb gedə bilərdi?! Onların nə günahı var idi axı?! Məncə övladını sevən heç bir valideyn bu cür davranmazdı. Ürəyində insan sevgisi olan heç bir insan belə etməzdi. Lakin ağlıma bir fikir də gəlirdi. Bəlkə imkansızlıqdan, ehtiyac ucundan bu yola əl atmağa məcbur olmuşdular?!. Bəlkə hansısa valideyn maddi vəziyyətini yaxşılaşdırdıqdan sonra, gəlib uşağını aparacaqdı?!. “Lap tutaq ki, götürdünüz, qayğısına qaldınız, hər bir ehtiyacını ödədiniz. Bəs uşağın bu neçə ildə yaşadıqları?! Bəs digərləri?! Hələ valideynlərini lap körpəlikdən itirənləri demirəm”, – deyə düşünürdüm. Ancaq bunu fikirləşmək mənim üçün ağır idi. Ona görə də öz-özümə deyirdim: “Heç bir pis vəziyyət, imkansızlıq, ehtiyac sizin onları atmağınıza haqq qazandıra bilməz!”
Tədbir başladı. Musiqili çıxışlar və digər səhnəciklər davam edirdi. Mən isə bu fikirləri beynimdən çıxarda bilməyərək hələ də uşaqları izləyir, onlardan gözümü çəkə bilmirdim. Görəsən uşaqlar nə hiss keçirirdilər? Əlbəttə, şən idilər böyük maraqla və sevinclə səhnəciyi izləyirdilər. Lakin mənə onların əsas hiss etdikləri maraqlı idi. Qayğı, sevgi, nəyəsə sahiblənmək və dünyanın başqa ən gözəl hisslərindən məhrum idilər.
Mən bu fikir və düşüncələrdə ikən tədbir artıq sona yaxınlaşırdı. Sonuncu çıxışımız uşaqlarla bir yerdə mahnı oxumaq idi, uşaqlar daha da sevinir, daha da şən görünürdülər. Məni isə içəridən sanki kimsə, nə isə boğmağa başlamışdı, sanki uşaqların belə vəziyyətə düşməsinin, valideyn qayğısından məhrum olmasının günahkarı mən idim, mən və bütün cəmiyyət. Artıq özümü danlamağa başlamışdım. Niyə daha əvvəl uşaqlarla maraqlanmamışıq?! Niyə onları tək buraxmışıq?! Doğrudur, burada onların hər bir ehtiyacı ödənilir, onlara yemək, geyim, oyuncaq və s. verilir. Bəs qayğı, sevgi, məhəbbət?! Bax onlar bu hisslərdən məhrum idilər. Bunu etmək isə bizim üzərimizə düşürdü, cəmiyyətin. Bəli, uşaqlar bu hisslərdəm məhrum idilər. Onların yerində hər birimiz ola bilərdik, lakin o məsumların hiss etdiyini başına gəlməyən heç bir insan övladı hiss edə bilməz.
Artıq tədbir sona çatmışdı. Əşyalarımızı və musiqi avadanlıqlarını maşına aparırdıq. Elə həyət qapısına yönəlmişdim ki, uşaqlardan biri məni səslədi, geriyə döndüm və mənə tərəf qaçdığını görüb, aşağı əyildim, uşaq qaça-qaça gəlib boynumu qucaqladı və üzümdən öpdü, uşaq məni elə sevgiylə qucaqlamışdı ki, heç buraxmaq isdəmirdi. Sanki bir mələk mənə sarılmışdı. O, “bizim heç kimimiz yoxdu, bizi yalnız buraxmayın, tez-tez gəlin“ deyəndə, sanki ürəyimə bir ox saplandı, gözlərim doldu...
Balaca uşaqdan bu sözləri eşitmək həqiqətən sarsıdıcı idi, bir fərd və toplum olaraq əslində nə qədər günahkar olduğumuzun fərqinə varmışdım. Uşaq evində olduğum müddətdə yalnız bunu anlamışdım: Onların bizə ehtiyacı var!..
Ayrılmaq nə qədər çətin olsa da, uşaqla sağollaşıb maşına mindim, uşaq evindən uzaqlaşmağa başladıq. Maşın gedir, mən isə heç cür qova, azad ola bilməyəcəyim fikirlərə qərq olmuşdum. Bir hiss məni rahat buraxmırdı, sanki indi başa düşürdüm ki, bayaq məni boğan da elə bu hiss imiş, indi də məni qınayır və məni danlayırdı.
Bu hissin adı Vicdan idi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi