Təhsilin rəqəmsallaşdırılması... - Sabiq nazir yazır
12-03-2020 [14:54]
Hər bir zərərə dözmək mümkündür, amma təhsildə yol verilən itkiləri heç nə ilə əvəzləmək mümkün deyil.
Bu sahədə itirilən hər gün istehsal və ya xidmət sahələrindəki itkilərdən nəticə etibarı ilə qat-qat çoxdur. Təhsil və elm sahələri hətta ən gəlirli sahələrdən bir neçə dəfə çox gəlir vermək imkanındadı, digər tərəfdən təhsil sahəsində işlədikcə, insanlar yeni baza öyrənirlər.
Ümumdünya problemi – virusla əlaqıdar dünya iqtisadi və sosial həyatı ağır vaxtlarını yaşayır, bir çox istehsalat obyektləri işini dayandırmış, bəziləri xeyli zəiflətmiş, insanlar qorxu-təlaş içində nə edəcəklərini bilmirlər. Əksəriyyət ölkələrdə olduğu kimi Azərbaycanda da bütün təhsil ocaqları 24 günlük tətilə buraxılmışdı, hələ sonu da bəlli deyil, bundan sonra nə olacaq.
Böyük bir ordu – iki milyondan çox müəllim, şagird, tələbə və s təhsil iştirakçıları yarada biləcəkləri ən ali neməti- biliyi yarada bilmir və bu bütün cəmiyyətin zərərləri hesabına yazılır. 2 milyon nəfərdən çox əhali əsas fəaliyyətdən yayındırılmışdır.
Orta hesabla 2 milyonun maddi və mənəvi nemətlər üzrə birbaşa itkisi 24 gün ərzində bir milyard dollara yaxınlaşır, əgər dolayı itkiləri hesablasaq görərik ki, bütün cəmiyyət üçün həmin itkilərin həcmi bir neçə dəfə çox olacaq.
Amma bu zərərlərin cəmi 4-5%-i hesabına nəinki problemin qarşısı alına bilər, hətta cəmiyyətin bir çox problemlərini həll etməklə bütövlükdə inkişafı çox irəli atmaq olardı. Söhbət təhsilin rəqəsallaşdırılmasından gedir.
Bütün təhsil ocaqlarının, xüsusilə, ali təhsilin, magistratura və doktoranturanın onlayn sistemə keçirilməsi cəmiyyətin və inkişafın çox problemlərini həll edə bilər. Bir neçə illərdir ki, ardıcıl olaraq bu problem mütəxəssislər tərəfindən qaldırılır, amma təəssüf ki, ciddi irəliləyiş imkanlarına nail ola bilməmişik. Əgər inkişaf etmiş texnoloji tərəqqi ölkələrinin informasiya və süni zəka elmləri sahəsində əldə etdikləri nailiyyətlərdən minimum istifadə edib texnoloji rəqəmsal təhsil sistemini qura bilsəydik, qətiyyən bu günkü koronavirusla əlaqədar təhsil problemləri ilə qarşılaşmazdıq.
Azərbaycan rəqəmsal dünyaya, elektron hökümətə ilk keçid elan edən ölkələrdən biridir, 2004-cü ildə ilk proqram qəbul olunmuş, ciddi həcmdə maliyyə ayırılmışdır. Proqramın zəif yerinə yetirildiyini nəzərə alaraq Prezident son 2018-ci il fərmanlarıyla bu il prosesin tam başa çatdırılması göstərişini vermişdir. Amma təəssüflər olsun ki, bu günə kimi hələ bircə qurum da olsa belə prezidentin bu sahədə göstərişlərini 2020-ci ildə yerinə yetirə bilməyəcəyi indidən hiss olunmaqdadır. Bir çoxları isə hələ də məsələnin mahiyyətini dərk edə bilmirlər. Universitet və məktəblərdə bu prosesi başa çatdırmalı olan müəllim heyyətinin ən azı 30%-i hələ emaildən istifadə edə bilmirlər. Sovet dövrü, 1988-ci ildə Sovet rəhbərliyi ölkənin kompyüterləşdirilməsi haqqında qərar qəbul etmişdi və bütün təhsil ocaqlarında müəllimlər üçün kurslar təçkil olunmuşdu. Üstündən 32 il keçir, hələ biz hər şüeydən xəbərsiz kimi davranırıq. İndi isə koronovirus məcbur edir.
Beləliklə, ölkənin bütün elektronlaşması üzrə ciddi addımlar atılmalıdır, amma təhsil sistemi təcili, yəni bu gün, sabah rəqəmsal xəttə düşməlidir.
Təkrar qeyd etmək istıyirəm ki, təhsilin dayandırılmasından ölkəyə dəyən zərərin dəyəri heç bir dağıdıcı hadisə ilə müqayisəyə gələ bilməz. Təhsil nazirliyinin son illərdə atdığı addımlar vəziyyəti bir qədər yumşaltmasına baxmayaraq, baş verən hadisələr arxasınca yetişməyə yetərli deyil.
Konkret olaraq hansı fəaliyyət planı üzrə hərəkət etmək lazımdır:
1. Müvəqqəti olaraq beynəlxalq distant təhsil portallarının biri ilə müqavilə bağlayaraq (belə şirkətlər yüzlərcə var, məsələn, Moodle, Ispring, Adobeconnecet, Webtutor, Memberlux və s) təcili bütün məktəb və universitetlərdə təhsili bərpa etmək lazımdır. Hətta, bu gün əlimizdə olan elektron texnologiyalar, şəbəkələrlə də pulsuz onlayn olaraq təhsili davam etdirmək olar. Skype, WhatsApp, WeChat, Viber, Line və s. bütün bu şəbəkələr məsafədən normal təhsil almağa imkan verir.
2. Rəqəmsal təhsil haqqında qanun və ya qanun qüvvəli qərar hazırlanması və zəruri büdcə ayrılması. Büdcə təhsil nazirliyinin icmal büdcəsi daxilində ayırıla bilər və elə böyük məbləğdən söhbət getmir.
3. Rəqəmsallaşmanın proqram təminatının hazırlanması üçün tender elan olunması və bütün ölkə miqyasında vahid elektron sistem qurulması. Hazırda həyata keçirilən parakəndə elektron təhsil zəifdi və çox bahalıdı. Bu sistemlə sonradan koordinasiya və idarəetmə sistemini qurmaq çox çətin olacaq, həm də səmərəsiz olacaq. Ümumi qaydalar eyni olduğu kimi proqram təminatı da eyni olmalıdır. Bir gerçəkliyi qəbul etməliyik: yaxın illərdə klassik dünyada həyata keçirdiyimiz bütün fəaliyyətlərimizin elektron variantı ortaya çıxacaq, yəni hamısı rəqəmsallaşacaq. Bu işlərin hamısı elmlə və təhsillə, proqramlaşma və yüksək texnologiyalarla həyata keçiriləcək, qurulacaq. Çox, dəfələrlə səmərəli, ucuz, faydalı, qənaətlə, asan başa gələcək.
Elm qarşımıza belə gözəl üfüqlər açır, bu üstünlüklərdən istifadə etməliyik, elmi inkar etməməliyik, əgər bütün həyat və fəaliyyət elmləşirsə, elmi də inkişaf etdirməliyik, bütün fəaliyyətimizi elm üzərində qurmalıyıq. Bunu bir yalnız təhsilin rəqəmsallaşdırlması timsalında izah etməyə çalışacam:
• Rəqəmsal təhsil bu məqsəd üçün sərf olunan vaxta ən azı 50% qənaət edir. Ölkə üzrə 2 milyondan çox təhsil alan və müəllim var, bir insanın təhsil ocağına gəlməsi və qayıtması orta hesabla gündı iki saat vaxt aparır. Yalnız bu səbəbdən gündə 500 min adam/gün (8 saatlıq iş günü üzrə) itkiyə gedir.
• Bu insanların istifadə etdiyi nəqliyyat vasitələrini, trafik sıxıntılarını, tıxacları və yola çəkdiyi məsrəfləri, yanacağı, nəqliyyat vasitələrinin idarə edənlərin məsrəflərini hesablasaq gündəlik milyonlarla vəsaitin sovrulmasını görmüş oluruq. Hələ rayonlardan gələn şagirdləri, müəllimləri, xaricdən cəlb olunan professor-müəllim heyyətini nəzərə alsaq çox böyük həcmdə qənaət və rahatlıq əldə edilə biləcəyinin şahidi olarıq.
• Universitetlərdə, məktəblərdə bina, avadanlıq, mebel çatışmazlığı, onlara çəkilən xərc günü-gündən artır. Təhsil büdcəsinin böyük hissəsi bu məqsədlər üçün xərclənir. Rəqəmsal təhsillə bu problemə ömürlük xitam vermək olar və böyük miqdarda vəsaitə qənaət etmək mümkündür. Rəqəmsal onlayn təhsil zamanı hətta həftənnin iki və ya bir gününü auditoriya təhsili günü elan olunsa belə bir neçə il əlavə binaya və ya mebelə və avadanlığa ehtiyac qalmayacaq.
• Rəqəmsal onlayn təhsil vasitəsilə bütün sərhədlər aradan götürülür, çox bahalı dünya alimlərini və yerli müllimləri rahat hər yerdə təhsilə cəlb etmək olar və buna klassik təhsillə müqayisədə bir neçə dəfə az məsrəflə nail olmaq mümkündür. Dünyanın bir çox ölkələrində mindən çox Azərbaycanlı alimlər fəaliyyət göstərir, bunların hamısını onlayn təhsilə cəlb etmək mümkündür. Ölkənin daxilində məhşur alimlərin mühazirələrinə və ya müəllimlərin dərslərinə bir çox qrupları cəlb etmək mümkündür və bunların da hamısını açıq efirə buraxmaqla elmin ictimailəşməsinə nail olmaq mümkündür. Bu məsələ barəsində bir neçə il əvvəl Təhsil nazirliyinə təklif vermişdim ki, tanınmış alimlərin və müəllimlərin dərsləri, olimpiadalara hazırlıq dərsləri bütün ölkə üzrə sosial şəbəkələr vasitəsilə ictimailəşsin, birbaşa efirə verilsin, youtubdə yerləşdirilsin. Bu təhsilin ümumi inkişafı üçün çox böyük fayda verə bilərdi.
• Yaxud, əhalinin əsasən Abşeron iqtisadi rayonunda cəmləşməsi və təbii artımın azalması ilə əlaqədar kənd məktəblərində oxuyan şagirdlərin sayı sürətlə azalır, kəndlər boşalır. Elə siniflər var ki, 2-3 nəfər şagird var. 3 nəfər üçün tam müəllim ştatı saxlanması heç bir məntiqə sığmır. Belə halda on məktəbin şagirdlərini birləşdirib prosesi dəfələrlə az məsrəflə və daha rahat çəkildə tənzimləmək olar.
• Rəqəmsallaşma tamamilə elmi məhsuldu və elm əsasında həyata keçirilir. Hər hansı bir proqram təminatının öyrənilməsi ciddi bir işdi və bunun üçün şox böyük məsrəf gedir. Rəqəmsal təhsilə keçid özü elmin inkişafına, insanların öyrədilməsinə, ümumi elektron savadsızlığın aradan qaldırılmasına böyük köməkdi. Qarşıda duran əsas məqsəd əhalinin 100%-lik rəqəmsal savadlılıq səviyyəsinə nail olmaqdı. Bunun üçün bütün səviyyələrdə onlayn kurslar təşkil olunması və bütün müəllim heyyətinin öyrədilməsi bacibdir. Mən universitetlərdə elektron sistemdən istifadə edə bilməyən professorlar, dosentlər, rəhbər işçilər tanıyıram, yəni belə kadrlarla bir addım da irəli getmək mümkün deyil.
• Dərsliklər və dərs vəsaitlərinin rəqəmsallaşdırılması həm tələbələrin və həm də ümumiyyətlə dövlətin məsrəflərini bir neçə qat azalda bilərdi, kağız istehlakını 90% azalda bilərdi, bu da təbii ki, ekologiyanın yaxşılaşmasına ciddi töhvə olardı.
• Rəqəmsal təhsil cəmiyyətdə demokratik prosesləri inkişaf etdirmək, şəffaflığı təmin etmək üçün, korrupsiyanı minimuma endirmək üçün xüsusi vasitədir.
Təbii ki, bu problemlərin həlli üçün hökümətin üzərinə ciddi vəzifələr düşür, bu sahədə internet təminatı, onu sürətinin və ucuz qiymətə təmin olunması, internet texnologiyaları və soft proqram təminatı istehsalının qurulması bu günün deyil, dünənin, 10-20 il əvvəlin işi idi. Hazırda Azərbaycanda elmi məhsul (soft proqramlaşma daxil) istehsalı demək olar ki, sıfır vəziyyətindədir.
Ümumiyyətlə, elektron sistemin tətbiqinin, xüsusilə də, təhsil sisteminə sirayət etməsinin üstünlüklərini saymaqla qurtaran deyil, prosesi nə qədər tez başlasaq bir o qədər cəmiyyəti irəli çəkmiş oluruq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi