Türklər 30 mindən çox rusu necə qarşılamışdı?
06-03-2020 [12:02]
Namiq Əhmədov,
əməkdar jurnalist
***
Bütün dünyanın Türkiyə və Rusiyanın dövlət başçılarının Moskva görüşünə zilləndiyi bir vaxtda türk-rus tarixinin 100 il bundan əvvəl baş vermiş və tarixçilərimizə belə çox az bəlli olan bir həqiqəti diqqətimizdən yayınmadı.
100 il əvvəl Odessadan bolşeviklərdən can qurtarıb qacan və türk şəhəri Geliboluya pənah gətirən rusların taleyinin necə olacağını söyləmək çətin idi. Amma türklər onlara sahib çıxdılar, onlar da Geliboluda Rusiya ideallarını canlandırdılar.
Ruslar Geliboluda yenidən doğuldular. Gelubolu onlar üçün mənəvi dirçəlişin yeni və münbit məkanı oldu. İndi 100 il sonra türk-rus tarixinin yeni bir simvolu olan Gelibolu Moskva görüşünün də xoş duyğularla xatırlanan yeni bir səhifəsi ola bilər. Bu, bir fürsətdir və Gelibolu olayları da iki böyük xalqın əbədi sülhünü simvollaşdıracaq müqəddəs məkan ola bilər. Egey Universitetinin professoru həmyerlimiz Aydın İbrahimovla bu keçmişi yenidən vərəqlədik…
Professor Aydın İbrahimov, səfir Ender Arat və Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkanın həmmüəllifliyi ilə Türkiyədə nəşr edilən “Ağ rusların Gelibolu qürbət həyatının 100 illiyi (1920-1923/2020-2023)” kitabı (“Ağ ruslar” dedikdə bolşevik inqilabından sonra, 1920-ci ildə Rusiyadan qaçıb Türkiyəyə gələrək Çanaqqalanın Gelibolu rayonuna yerləşən ağqvardiyaçılar nəzərdə tutulur – red.) türk-rus tarixinin yeni səhifəsi hesab edilə bilər. Bu dəyərli kitab Türkiyə və Rusiya arasında münasibətləri uzun illər siyasi, dini nöqteyi-nəzərdən dəyərləndirən, türk və rus xalqlarının dostluğuna şübhəli ölçülərlə yanaşanların fikirlərini təkcə alt-üst etmir, həm də tarixən qonşu olan xalqların dar gündə bir-birinə, xüsusən də türklərin ruslara necə dayaq olduqlarını zəngin faktlarla və elmi dəlillərlə ortaya qoyur.
Bütün bunları 30 ildən bəri qardaş Türkiyənin müxtəlif universitetlərində çalışan professor Aydın İbrahimov bildirdi. O, hazırda İzmir şəhərində yerləşən, Türkiyənin ən ünlü ali təhsil oçaqlarından olan Egey Universitetində beynəlxalq əlaqələr kafedrasının professorudur. Aydın müəllim bizimlə söhbətində dedi:
– Çanaqqala Universitetində çalışdığım illərdə həmkarım, Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkanla rusların Gelibolu yarımadasında məskunlaşdığı haqda məlumatlar əldə etmişdik. 2005-ci ildə bu məlumatları araşdıranda gözlədiyimizdən də zəngin və olduqca maraqlı tarixi faktlarla üzləşdik. Ən önəmlisi bu idi ki, Rusiyada bolşevik inqilabından sonra Türkiyədə “ağ ruslar” adlandırılan ağqvardiyaçıların bir hissəsi 1920-ci ildə ölkələrini tərk edərək Geliboluda məskunlaşmışdılar.
Bir il Çanaqqalada məskunlaşan 30 min rusun çətinliklərini, həyat tərzini öyrənməyə başladıq. İki qonşu xalqın ümumi həyatına aid sənədləri ortaya çıxartdıq. Nəhayət ki, bolşevik inqilabından sonra 1920-ci ildə ölkələrindən qaçıb Türkiyəyə gələn, Çanaqqalanın Gelibolu rayonunda yerləşən 30 min rusun bir il sürən qürbət həyatını əks etdirən kitabı ortaya qoyduq.
– Aydın müəllim, demək olarmı ki, bu həm də türk-rus qonşuluq əlaqələrinin 100 il əvvəl Çanaqqala bölgəsindəki tarixi təsdiqi idi.
– Əslində, türklərin bəşəri münasibətləri bütün dünya üçün örnəkdir. Elə Çanaqqala döyüşlərində düşmən əsgərlərə göstərilən yardım, yaxud Geluboluya düşmən kimi gələn ingilis, fransız, Avstraliya əsgərlərinə qoyulan abidələr, məzarlıqlar dünyanın harasında var? Harada düşmən əsgər və qəsbkar bu qədər rahatlıqla qəbul edilib? Böyük Atatürk demişdi: “Rahat uyusunlar, onlar da bizim övladlarımızdır”.
Amma ruslar Geluboluya qəsbkar kimi gəlməmişdilər, pənah gətirmişdilər və hər şeylərini itirmişdilər. Həqiqət budur ki, türklər onlara sahib çıxdılar, onlar da Geliboluda Rusiya ideallarını canlandırdılar. Ruslar Geliboluda yenidən doğuldular. Gelubolu onlar üçün mənəvi dirçəlişin yeni və münbit məkanı oldu. Bu səbəbdən onlar özlərinə “gelibolulular” adını verdilər.
– Tədqiqatlarınız və qənaətləriniz haqqında ətraflı danışmağı xahiş edərdim.
– Gelibolu ruslarının həyatını, məişətini öyrənməyə 14 il sərf etdik. Bir araşdırıcı və tədqiqatçı kimi həmkarım Vedat Çalışkanın səylərini alqışlayır, bu işdə göstərdiyi xidmətlərini çox yüksək dəyərləndirir, ona bir daha təşəkkürümü bildirir, yeni yaradıcılıq uğurları arzulayıram. Biz o məkanları yayın istisində, qışın soyuğunda addım-addım, yorulmadan gəzdik. O dövr haqqında məlumatı olan kəndlərdə yaşayan yaşlı insanlarla görüşdük. Arxivlərdən çoxsaylı rəsmi sənədlər və fotolar əldə etdik. Rusların çətinliklərini və kəşməkəşli həyatlarını göstərən maraqlı nəticələr ortaya çıxdı.
Geliboluya gələndə bu insanlar hər şeylərini itirmişdilər. Lakin onlar dərhal çəkdikləri əzablı əhval-ruhiyyədən canlarını qurtarmağa başladılar. Geliboluda Rusiya ideyası bərpa edildi. Ruslar Geliboludakı evləri, su şəbəkəsini təmir etdilər. Çörək, restoran və yeməkxanalar açdılar. Geliboluda ruslar sənətə, mədəniyyətə və idmana önəm verdilər, müxtəlif kurslar açdılar. Türk dili kursları da vardı. Truppalar yaratdılar, konsertlər verdilər. Geliboluda unudulmaz bir il yaşandı.
– Belə çıxır ki, onlar burada istədikləri həyata qovuşa biliblər.
– Bəli, ruslar burada yerli əhalinin köməyi ilə yeni həyat qura bildilər. Burada qaldıqları müddətdə 100 körpə doğuldu. 49 rus qadın Geliboluda evləndi. 10 türk qadın rus zabitlərinin həyat yoldaşı oldu. Bugünkü Kornilov məktəbi rusların məskunlaşdığı yataqxana oldu. Altıyol küçəsində dayanan taxta bina bu günlərdə Vrangel körpələr evi və lisey olaraq istifadəyə verildi. Rusların iştirakı ilə Geliboluda xüsusi bir mədəniyyət sahəsi yaradıldı. Başqa sözlə, Gelibolu onlar üçün mənəvi dirçəlişin simvolu oldu. Buna görə özlərini “gelibolulu” adlandırdılar. Həmişə gelibolulu keçmişi ilə fəxr etdilər. Geliboluda baş verənləri həmişə ləkələnməyən bir xatirə olaraq xatırlayırlar.
Təxminən 30 min rus Geliboluya gəmilərlə gələndə buralar müharibələr və zəlzələlər səbəbindən bərbad vəziyyətdə idi, yerli əhalinin özünün vəziyyəti çox ağır idi. Buna baxmayaraq türklər rusların həyatı və ehtiyacları ilə yaxından maraqlanırdılar. Evlərini, həyət-bacalarını onların üzünə açdılar. Hətta türk müftisi də rusların məscidlərdə məskunlaşmalarına kömək etdi. Burada türklər və ruslar elə indiki dünyanın da ibrət götürəcəyi həmrəyliyin böyük bir nümunəsini ortaya qoydular.
Ruslar türklərdən gördüyü bu yaxşılığı və türk insanının onlara etdiyi əvəzsiz yardımı heç bir zaman unutmadılar. Yeri gəlmişkən qeyd edim ki, Gelibolu ruslarının tarixinə biganə qalmayanlar Fransada Gelibolu Rusları Cəmiyyətini təsis ediblər və bu gün də bu cəmiyyət fəaliyyətini uğurla davam etdirir. Cəmiyyətdə Gelibolu ruslarının nəvə-nəticələri ilə yanaşı türk-rus tarixinə sayğı ilə yanaşan elm, sənət adamları yer alır.
Mən də bu cəmiyyətin üzvüyəm, həm də cəmiyyətin Türkiyə təmsilçisiyəm. Təhsilim, Moskvadakı elmi fəaliyyətim bu işin çox rahatlıqla həyata kecirilməsinə imkanlar yaradır. Bir faktı da açıq deyim ki, türklərin multikultural xarakterini təbliğ etmək mənim üçün çox xoşdur. Eyni zamanda keçmişinə sahib duran rus icmasının fəaliyyəti də məni çox qane edir. Maraqlıdır ki, onlar həmişə gelibolulu keçmişi ilə fəxr ediblər, burada baş verənləri müqəddəs bir xatirə kimi əbədiləşdiriblər.
Rusiyanın çox ünlü simalarının söylədikləri də bunları təsdiqləyir. Məsələn, Rusiyanın keçmiş mədəniyyət naziri Andrey Sokolov rusların Gelibolu yaşamını Rusiya tarixinin Kulikov, Borodino və Kursk savaşlarından sonra dördüncü önəmli hadisə adlandırıb. Yaxud Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gelibolu ruslarının tarixinə hörmətlə yanaşan Gelibolu türklərinə və Türkiyəyə böyük təşəkkürünü bildirib.
Bir sözlə, Krımdan çəkilmiş rus ordusu üçün Gelibolu ölüm yeri, məzarlıq olmalıydı, amma rusların ağır günlərində dost məkanı və sığınacaq yeri oldu. Böyük rus yazıçısı, Nobel mükafatı laueratı İvan Buninin təbirincə deyilsə, “Gelibolu Rusiyanın ağır səfalət dolu illərində ortaya çıxan böyük və müqəddəs gerçəkliyin bir parçasıdır”.
P.S. Çanaqqalada iki fərqli cəmiyyətin bir-biri ilə görüşdüyünü söyləyən Aydın İbrahimov dedi ki, Geliboluya gələn 30 min rusun sırasında Fransa, Polşa, İran, Bolqarıstan, Ukrayna, Belarus və başqa torpaqların təmsilçiləri yanaşı 16 nəfər azərbaycanlı da olub.
Geliboluda yaşadıqları bir ildə ruslarla türklər arasında qarşıdurma olmayıb. Bir dəfə soyuq havada, rus əsgərlər təlimdən dönərkən məscidə dəvət ediliblər. Onlara çay və qəhvə təklif olunub. İçəridə ibadət gedirmiş. Rus zabiti deyib: “Türklər o qədər səmimi ibadət edirdilər ki, əsgərlərimin islama keçəcəyindən qorxdum”.
Mia.az

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi