TÜRKİYƏ ŞƏHİD VERMƏSƏYDİ...
29-02-2020 [15:53]
Türk milləti ötən əsrin əvvəlində azadlığını yenidən qazanmaq üçün təkcə Çanaqqala savaşında 50 minə yaxın şəhid vermişdi. O şəhidlər olmasaydı, Anadoluda min illik türk mirasından bu günümüzə gəlib çatan ən yaxşı halda muzeyə çevrilən məscidlər olacaqdı.
1923-cü il 29 oktyabrda Cümhuriyyətin yaradıldığı elan olunandan az sonra Türkiyə doğu Anadoluda çıxan üsyanları (Şeyx Səid, Seyid Rza və s.) da şəhidlərinin qanı bahasına yatıraraq həmin ərazilərdə suverenliyini təmin etmişdi.
Türkiyə 27 noyabr 1978-ci ildə yaradılan, 15 avqust 1984-cü ildən etibarən aktiv şəkildə terror aktlarına başlayan PKK-ya qarşı mübarizədə indiyədək minlərlə şəhid verməsəydi bu gün ərazi bütövlüyü pozulmuş, torpaqlarında "Sevr"in sahiblərinin marionet "dövlət" qurduğu kiçik ölkəyə çevrilmişdi.
Türkiyə "Zeytin Dalı", "Barış Pınarı" əməliyyatlarını keçirməsəydi, türk əsgəri vücudunu terrorçular və onların dəstəkçisi olan imperalistlərin qarşısında sipər etməsəydi bu gün döyüş Anadolunun içində, ən yaxşı halda Hatayda, Kilisdə, Hakkaridə, Şanlıurfada, Qaziantepdə gedirdi.
Unutmayaq, türk əsgəri şəhid olmasaydı, İstanbul türk şəhəri olmazdı. Türk əsgəri şəhid olmasaydı bu gün rahat yaşadığımız, müstəqil Azərbaycanın paytaxtı olan Bakı da Ufa, Dərbənd, Həştərxan, Kazan kimi bir rus şəhəriydi, biz isə bu şəhərin etnik azlığının nümayəndəsi. Bu cəhətdən "Türkiyənin Suriyada nə işi var?", "Türk əsgəri niyə İdlibdə şəhid olmalıdır?" suallarını verməmişdən (məqsədli şəkildə təxribat və informasiya manipulyasiyasıyla məşğul olanları bu sıraya aid etmirəm) öncə tarixə diqqətlə nəzər salmaq lazımdır.
Bu gün min kilometrlə uzaq məsafədən gəlib çoxdan instrumentə, şitə çevirdikləri "demokratiya", "azadlıq", "təhlükəsizlik" anlayışlarının arxasında gizlənərək ordularını Türkiyənin sərhədlərinə dayayan dövlətlərin qarşısında geri çəkilmək 568 illin yaddaşıyla İstanbulu "Kanstantinapol" bilənlərin qarşısında əli-qolu bağlı təslim olmaq deməkdir.
Türkiyənin geosiyasi manevrlərini tamamilə başadüşüləndir. İstər terror təşkilatı PYD-yə "İŞİD-ə qarşı mübarizə" adı altında bir ordunun silahını verən ABŞ-la, istərsə də fasilələrlə 350 il müharibə apardığı, Suriya vasitəsi ilə rəsmi Ankarayla quru sərhəddi əldə etməyə nail olan Rusiyayla münasibətlər yalnız Türkiyənin milli maraqlarının təmin olunması məqsədilə dizayn edilir. Situasiyaya, qarşı tərəfin davranışlarına uyğun olaraq bu münasibətlərin dəyişməsi dövlətlərarası əlaqələrdə normal haldır.
Türkiyə bizim üçün dünyadakı 209 dövlətdən biri deyil.Türkiyə o dövlətlərdən birincisidir! (Azərbaycan təbii ki öz dövlətimizdir).
"Hər bir türkün iki ana vətəni var: biri öz dövləti, digəri isə Türkiyə" deyimini hələ ki, təkzib edən elə bir mübarək dövlət mövcud deyil. Bu reallıqdır.
Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra dediyi "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir" cümləsinin hansı məna və informasiya yükünü daşıdığını şərh etməyə güman edirəm ki, xüsusi ehtiyac yoxdur. Bu baxımdan düşmənin hansı ölkə, kim olmasından asılı olmayaraq indiyə qədər olduğu kimi bundan sonra da qan qardaşlarımızın, türk millətinin, Türkiyə dövlətinin yanında olmalıyıq.
Qlobal güc olmaq yolunda əzmlə addımlayan qardaş Türkiyə doğru yoldadır. Türk əsgəri güclüdür, müzəffərdir, dualarımız hər zaman onunladır. Dünən İdlibdə xain hücuma məruz qalan türk əsgərlərinin şəhid olması bizi nə qədər üzsə də, içimizdəki əminlik öz sabitqədəmliyini qoruyub saxlayır: Türkiyə dövlətinin bu sınaqdan da dostlarını qürurlandıracaq, düşmənlərini məyus edəcək şəkildə çıxacaq!
Türkiyə resurslarını doğru ölçüb biçərək və onlardan doğru şəkildə istifadə edərək sərhədlərində "kukla" ölkə yaradaraq dövlət təməllərini sarsıtmağa çalışan bütün qlobal güclərə və onların instrumentlərinə qarşı mübarizəni qərarlı şəkildə davam etdirməlidir.
Allah şəhid olan bütün türk əsgərlərinə rəhmət eləsin!
Mia.az
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək” - VİDEO
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi