Bakıda Mədəniyyət Evində yanğın - VİDEO

img

03-04-2019 [10:05]


Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

Bu barədə "Report”a açıqlamasında Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: "Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

Hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA