Narkoşəbəkə ifşa olundu - DSX-dan əməliyat

img

02-04-2019 [10:18]


Dövlət Sərhəd Xidmətinin (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticə­sində Azərbaycan ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dən Mia.az-a verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində martın 22-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal "silaha” komandası ilə qaldı­rılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respub­likasından Azərbaycana doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliy­yat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi his­sə­sində "Opel” markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şüb­həli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Res­publikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış za­manı ümumi çə­kisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA