Gürcüstanda cinayət hallarının sayı artıb

img

29-03-2019 [18:32]


Bu ilin yanvar-fevral aylarında Gürcüstanda 11 671 cinayət halı qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İllik müqayisədə cinayət faktlarının sayı 31,65% artıb.

Gürcüstan DİN cinayət hallarının yalnız 24,07%-nin üstünü açıb.

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən isə ölkədə yalnız fevral ayında 5 927 cinayət hadisəsi baş verib. Onların böyük əksəriyyəti əmlaka (2 467) və sağlamlığa zərər vurma (1 018) ilə bağlıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA