Bələdiyyə üzvü həbs edildi - DİN məlumat yaydı

img

28-03-2019 [18:18]


Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərovun saxlanılması ilə bağlı məlumat yayıb.

Mia.az-ın "Report” istinadla məlumatına görə, istintaqla müəyyən olunub ki, R.Əsgərov Ş.M. adlı şəxsə 3 000 lari (1 113 dollar) müqabilində dövlət idarəsinə işə düzəldəcəyinə söz verib.

Tərəflər arasında ilk öncə məbləğin 1 500 larisi, daha sonra isə yerdə qalan məbləğin təqdim olunması barədə razılıq əldə olunub.

Ş.M. adlı vətəndaş R.Əsgərovla martın 7-də Marneulidə görüşərək ona 1 500 lari verib. Yerdə qalan 1 500 lari isə bələdiyyə üzvünə martın 20-də təqdim olunub.

R.Əsgərova qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA