20 Yanvar faciəsinin təşkilatçısı HƏBS EDİLDİ

img

27-03-2019 [13:27]


Litva məhkəməsi SSRİ-nin müdafiə naziri olmuş marşal Dmitri Yazov barəsində 10 il azaldıqdan məhrumetmə hökmü çıxarıb.

Vilnüs Dairə Məhkəməsi 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş hadisələrlə əlaqədar Dmitri Yazovun barəsində açılan cinayət işinə baxıb. Məhkəmə SSRİ-nin keçmiş müdafiə nazirinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qiyabi hökm çıxarıb.

D. Yazov hərbi və insanlığa qarşı cinayətlərdə təqsirli bilinib.

Qeyd edək ki, Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələrində də günahkar bilinir. Məhz onun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ qoşunları Bakıda əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açıb. (ONA)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA