05-05-2018 [09:33]
Zaur ƏHMƏD
Hər zaman sosial ədalətin tərəfində olmuşam. İstəmişəm ki, kimsə kimsənin haqqını yeməsin. Haqqı olanın haqqının verilməsini arzulamışam, bacardığım qədər də bunu tələb etmişəm.
Amma artıq bu ölkədə kimin haqlı kimin haqsız olduğunu, kimin payının az, kimin payının çox olduğunu müəyyən etmək müşkülə çevrilib. Aşağı baxırsan saqqal, yuxarı bağırsan bığ. Odur ki, indi seçim və qərar sizindir. Mən, sadəcə, olanı yazacam. Qərarı özünüz verin.
Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırıldı. Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub. Naxçıvan MR Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş alacaq. Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan MR ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əməkhaqqı alacaq. Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.
Milli Məclis deputatlarının da maaşı artırıldı. Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Milli Məclisin sonuncu plenar iclasında Ombudsmanın maaşının və pensiyasının artırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb və qərar verilib. Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.
Bunlar çox gözəl. Dövlət və millət adamları gərək yaxşı maaş alsınlar. Azərbaycan kimi zəngin bir ölkənin dövlət ərkanının nümayəndələrinin təminatı da yüksək olmalıdır. Amma...
İndi keçək digər kateqoriyadan olanlara.
Hazırda ön cəbhədə xidmət edən orta zabit-gizir heyətinin maaşı ortalama 600-1100 manatdır. Bu ilin əvvəlindəki 10 faizlik artımla 700-1200 manat olub. Hazırda təqaüddə olan orta zabit heyətinin pensiyası 500-1000 manat civarında idi, artımdan sonra 550-1100 manat həcmindədir.
Şəhid ailələrinə verilən prezident təqaüdü 220 manat idisə, artımdan sonra 242 manat olub.
Qarabağ müharibəsində sağlamlığını itirən keçmiş döyüşçülərin aldıqları pensiyalar da bəllidir. Deməli, 1-ci qruplar 220-230, 2-ci qrup 90-100, 3-cü qruplar 60-70 manat pensiya alır. Bununla yanaşı, 1-ci qruplar 180, 2-ci qrup 157, 3-cü qrup 130 manat prezident təqaüdü alırlar.
Bu ilin əvvəlində pensiyalara tətbiq edilən artıma əsasən, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpik olub.
Orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub.
Ölkənin müxtəlif təbəqələrindən olan, müxtəlif peşə sahiblərinin əmək haqqı hamıya bəllidir. Ona görə də siyahını uzatmıram. İndi özünüz qərar verin. Bu məmləkətin sərvətinin pay bölgüsü nə qədər ədalətlidir?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi